Ayətullahdan sərt mesaj: "Bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək"

Ayətullahdan sərt mesaj: "Bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək""Qarşı tərəf bu planı pozmasa, biz də pozmayacağıq. Amma əgər onlar planı cırarsa, biz o planı tikə-tikə doğrayacağıq".

BiG.AZ xəbər verir ki, bu sözləri İranın ali lideri, ayətullah Əli Xamenei Tehranda yüksək elmi intellektə və istedada malik gənclərlə görüşü zamanı çıxışında ölkəsinin nüvə proqramına dair imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının ABŞ tərəfindən pozulması ehtimalı ilə əlaqədar deyib.

Ayətullah Xamenei bildirib ki, Avropa dövlətləri Fəaliyyət Planın icrasının zəruriliyini vurğulayıblar və ABŞ prezidentinin sözlərini pisləyiblər: "Biz bunu alqışlayırıq, amma yalnız "planı cırmasın" demələri kifayət etmir. Birincisi, Avropa onların əməli addımlarının qarşısında durmalıdır. İkincisi, bizim müdafiə məsələlərimizə müdaxilə etməməlidir. Gəlib deməsinlər ki, İran nə üçün regiondakı proseslərə qarışır? Yaxşı edir. Və ya deməsinlər ki, İran nə üçün raketə sahibdir? Yaxşı, bəs siz niyə raketə sahibsiniz? Sizin niyə atom bombanız var?.."

Ə. Xamenei qeyd edib ki, Qərbin düşmən mövqeyinə baxmayaraq, İran güclü inkişaf edə bilib: "Bütün bu inkişaf və uğurlarımız sanksiyalar dövründə baş verib. İstəmirəm vaxtımızı ABŞ prezidentinin boşboğazlığına və cəfəngiyatına cavab verməklə itirim. Ona cavab vermək vaxt itkisidir. ABŞ beynəlxalq sionizmin brokeri, İŞİD və təkfirçi cərəyanların yaradıcısıdır. Siz gözləyirsiniz ki, Amerika İŞİD-in qarşısında dayanan qüvvənin əlindən əsəbiləşməsin? Əsəbiləşiblər, çünki İslam Respublikası bu gün onların Livanda, Suriyada, İraqda və başqa yerlərdəki planlarını pozub. Hamı əmin olsun ki, bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək. Onlar İran xalqı qarşısında məğlub olacaq. ABŞ prezidenti axmaqlıq edir, lakin bu, bizi onların hiyləsindən yayındırmasın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1996   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

Baş Prokurorluq ermənilərin öldürdüyü mülki şəxslər barədə VİDEOÇARX HAZIRLADI

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfində

06.10.2020 934
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779