Qız qaçıran evli kişinin qayınanası: "Bütün kənd bilir ki, o qadın ..." - TƏFƏRRÜAT - VİDEO

Qız qaçıran evli kişinin qayınanası: "Bütün kənd bilir ki, o qadın ..." - TƏFƏRRÜAT - VİDEOTərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Vahid Qasımlının evli olduğu halda başqa bir qızı qaçırmasının təfərrüatı məlum olub.

Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, V.Qasımlı Şahnaz Heydərli ilə sevərək ailə qurub.

"Onlar təxminən 3 il olar ki, ailə qurublar. 2 yaşlı qızı var, yoldaşı hamilədir. Vahid Şahnazı da qaçırmışdı. Sonra da el adəti ilə toy etdilər. Amma Vahidin birdən-birə belə iş tutması anlaşılan deyil. Şahnazın atası xəstə idi, arada onun yanına gedib-gəlirdi. Vüsal da anası ilə birlikdə kəndin yaxınlığındakı kök sahəsində işləyir. Atası isə bir neçə il əvvəl infakt keçirib, o vaxtdan işləmir. 1 bacısı var, o da ailəlidir"-deyə, sakinlər bildirir.

Sakinlərin sözlərinə görə, V.Qasımlının qaçırdığı qız kəndin yaxınlığındakı Ağdam şəhərciyində yaşayır. Qızın 18 yaşı var. Hətta hadisədən sonra ailəsi Vahidi polisə şikayət edib.

"Polislə birlikdə Vahidgilin evinə gəlmişdilər, qızlarını qaytarmaq istəyiblər. Ancaq Vahidin qızı Bakıya apardığı deyilir. Qızın ailəsi onlarla danışıb, qız istəyərək qaçdığını deyib"-deyə kənd sakinləri bildirib.
Sakinlər deyir ki, Vahidin atası, anası da bu addımından sonra onu evə qoymayacaqlarını deyiblər.

Vahidin həyat yoldaşı Şahnaz Heydərlinin anası Gültəkin Həsənova açıqlamasında kürəkənindən belə bir addım gözləmədiyini deyib:

"Yoldaşım onkoloji xəstədir, iyun ayında Bakıda əməliyyat edilib. 3 qızım var, vaxtaşırı onlar növbə ilə atalarının yanında qalıblar. Şahnaz da ərinin, qayınanasının razılığını alandan sonra 8 gün atasının yanında qalıb. Ata evinə də hər dəfə icazə ilə gəlib. Axırıncı dəfə də gələndə yoldaşı razılıq verib, qayınatası da gətirib. Yoldaşı kök sahəsində işləyir. Həmin sahə kənddən kənardadır, 4 aydır gecə-gündüz orada işləyir. Arada anası razılıq verəndə evə gəlir. Qızım sonuncu dəfə 10 gün əvvəl bizə gəlib, onda da qayınanası deyib ki, "yoldaşın evdə yoxdur, sən burda niyə oturmusan, mənim ərimə arvad gəlməmisən ki, get anangilə". Bir neçə gün əvvəl kənddəki tanış qadın zəng vurub hadisəni bizə dedi. Qızım şok keçirib".

G.Həsənova deyir ki, ailədə problem yaradan qayınana olub:
"Vahidin valideynlərinin ailə qurandan 18 il sonra bir qızı, bir oğlu olub. Qızı 3 dəfə ailə qurub. Qayınana qızımla yola getmirdi. Qızımın ata evinə gəlməyinə narazılıq edirmiş. Qızımın ailədə yeganə narazılığı qayınanasından idi. Qayınanası qızımı istəmirdi, bütün qızıllarını əlindən almışdı, toy kasetini sındırmışdı, hətta toy şəkillərini də cırmaq istəyirmiş. Bütün kənd bilir ki, o qadın mənim qızımın başına hansı oyun açıb. Vahid anasına bağlı uşaqdır, amma özü də anasının xasiyyətindən narazılıq edirdi. Biz Vahiddən belə bir addım gözləmirdik. Adam 10 günün içində ailə dağıdıb, yeni ailə qurar? Bu oyunu kim qurub bilmirəm. Qızımın bir uşağı 1 yaş 8 aylıqdır, iki aylıq hamilədir. 10-15 gün əvvəl qızımla birlikdə qohumlarının toyuna getmişdilər. Ona gələn qız nə düşünüb? Atanı iki balasından ayırıb. Eşitdiyimizə görə, gətirdiyi qızın ürək qüsuru var. Onun ailəsi də qızlarını geri qaytarmaq istəyirlər. Ancaq biz ailənin kim olduğunu bilmirik".
Gülxar
***
Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl həmkəndlisi olan sevdiyi oğlanla - Vahid Qasımlı ilə ailə qurub.

Hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl aldığı bir xəbər isə onu şoka salıb. Çünki həyat yoldaşı Vahid Qasımlı başqa bir qızı evlənmək məqsədilə qaçırıb.

Şahnaz deyir ki, son vaxtlar atası ağır xəstəlikdən əziyyət çəkdiyindən tez-tez ona baş çəkməli olub. Bu isə qayınanasının narazılığına səbəb olub. Söz-söhbət böyüyüb və cütlük arasında narazılıq yaranıb.

Gənc gəlinin dediyinə görə, həyat yoldaşının başqaları ilə telefonda yazışdıgını da bilib, amma bunu qabartmayıb.
Həyat yoldaşının onunla nikahda ola-ola başqasını qaçırması aralarındakı münasibətlərin tamamilə qopmasına səbəb olub. İndi Şahnaz boşanmaq istəyir.
Qarşı tərəfin mövqeyini də öyrənmək istədik, amma Vahid Qasımlını kənddə tapa bilmədik. Kənd sakiləri bildirdilər ki, o, Bakıya köçüb. Vahidin mobil telefonuna da zəng çatmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5362   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930