Usama bin Laden "xortladı" (Video)

Usama bin Laden Hollivudda ağıllı rejissorlar, məntiqli prodüserlər, maraqlı ssenari yazan müəlliflər az deyil. Amma bununla belə, sarsaq təxəyyüllülər də az deyil.

Görünür, "Əl Qaida"nin mərhum lideri Usama bin Laden barədə filmin prodüserləri və ssenari müəlliflərinin məntiqi əməllicə axsayıb.

Dünyanın ən təhlükəli terrorçusu olmuş şəxs barədə "OZombie" adlı film çəkilib. Filmin ssenarisinə görə, Pakistanın Abbatobad şəhərində ABŞ-ın xüsusi təyinatlı hərbçilər dəstəsinin əməliyyatı nəticəsində öldürülən, cəsədi sonradan dənizə atılan Usama bin Ladin xortlayır. Bu xortdan sonradan ölü əlaltılarını və tərəfdarlarını da məzardan qaldırıb xortdan edir.

Təbii ki, "şər qüvvə"lərə qarşı həmişə olduğu kimi, amerikalı hərbçilər vuruşurlar və qalib gəlirlər.

Ötən ilin mayında öldürülmüş Usama bin Ladenin "xortlaması" barədə filmin icraçı prodüseri Kinan Qriffinin dediyinə görə, filmin ssenarisi bin Laden öldürülənə qədər yazılmışdı.
"Ssenari çox yaxşı olduğundan, film çəkmək qərarına gəldik. Maraqlı film alındı", - Qriffin deyib.

"OZombie" filmi ABŞ-ın Yuta ştatında çəkilib. Bəzi səhnələrin İordaniya və Vaşinqtonda çəkilərək filmə əlavə ediləcəyi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6001   Tarix: 29 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390