"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO

"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO1977-ci il, 29 avqust. Çəkisi 1 kiloqramda azca çox olan balaca qız yeni doğulmuş uşaqlar üçün bölmədə borucuqlar və naqillər arasındadır. O, ölümlə mübarizə aparır.

Fəqət, körpənin sağ qalmasını istəyən valideynlər yaxınlıqda gözə dəymir.

Melissa Odenin anası ABŞ-ın Ayova ştatındakı xəstəxananı tərk etmişdi və düşünürdü ki, hamiləliyin 8-ci ayında abort etdirdiyi üçün bətnindəki körpə ölüb.

Abort uğursuz oldu, amma Melissanın anası 36 il ərzində bilmədi ki, qızı sağ qalıb.
Melissa yaşamının dramatik başlanğıcından xəbər tutandan sonra tam 20 il suallara cavab aradı. Sonucda bəlli oldu ki, anası abort etdirmək istəmirdi.

Melissa onu da öyrəndi ki, sağ qaldığına görə tibb bacısına borcludur. Həmin tibb bacısı "tibbi tullantı" kimi qutuya atılmış uşağın asta səsini eşitmişdi.

Digər tibb bacısı isə palatadakı həmkarlarına deyibmiş: "Səsi gəlir?! Cəhənnəmə ki! Qoyun, ölsün!"
O tibb bacısı Melissanın nənəsi idi.

Yaşamı barədə belə təfərrüatları öyrənən başqa adam sərt, qəddar olardı. Amma onu sevən insanların övladlığa götürdükləri Melissa doğma anasını arayıb, tapıb və həmin qadını bağışlayıb.

"Öyrəndim ki, anamın 19 yaşı olanda onu aborta xəstəxanada tibb bacısı işləyən nənəm vadar edibmiş. Anam sağ qaldığımı bilmirdi. Həqiqəti bilənədək 30 il keçdi. Bu, utanc və hirsdən inam və əfvə gedən uzun, ağrılı yol idi", - Melissa deyir.

Ayova ştatındakı Su-Siti şəhərindəki xəstəxananın həkimləri Melissanın anasını hamiləliyin 31-ci həftəsində abort etmişdilər.

Melissadja sarılıq, respirator pozuntusu və qıcolmalar vardı. Həkimlər düşünürdülər ki, qız sağ qalsa belə, onun görmə və eşitmə qabiliyyətində problemlər olacaq, uşaq inkişafdan qalacaq.

3 həftə sonra Melissanı Ayova Sitidəki hospitala keçiriblər. Burada çalışan Meri adlı tibb bacısı uşağa Keti Rouz adını verib

Melissa 3 aylıq olanda onu Ron və Linda Odenlər övladlığa götürüblər. Odenlər 3 il əvvəl Temmi adlı qızı da övladlığa götürmüşdülər.
Uzun illər boyu Odenlərlə tibb bacısı Meri əlaqədə olublar, yazışıblar, bir-birlərinə məktublar və fotolar yollayıblar. Melissa böyüyəndə Meri ilə ünsiyyət qurub.

5 yaşı olanda Melissa inkişafda yaşıdlarını geridə qoyub. O, tam sağlamdı.
Məktəbi başa vuran Melissa Cənubi Dakota Universitetinin politologiya fakultəsinə qəbul olub. Sən demə, Melissanın nənəsi həmin universitetdə professor işləyirmişdi.

19 yaşından başlayaraq Melissa əsl valideynlərini aramağa başlayıb. İllər boyu qəzetləri, telefon məlumat kitabçalarını ələk-vələk edən, qəzetlərdə elanlar verən qızın axtarışları nəticə verməyib.

Yalnız Melissanın 36 yaşı olanda o, anasını tapıb. Bəlli olub ki, Melissanın nənəsi vəfat edib, onun özünün də iki bacısı var.
İki övlad anası Melissa yaşamı barədə kitab yazıb.

Maraqlıdır ki, Melissa övladlarını bir zamanlar abortda sağ qaldığı xəstəxanada dünyaya gətirib.
Mənbə:milli.az

"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3529   Tarix: 14 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476