Azərbaycanda uçan naməlum obyektlər həqiqətən görünübmü?

Azərbaycanda uçan naməlum obyektlər həqiqətən görünübmü?

Son zamanlar Bakı və yaxud Gəncə şəhərləri ətrafında bəzi şəxslərin guya fotogörüntü əldə etməsinə baxmayaraq, heç bir naməlum obyekt və ya hadisə müşahidə olunmayıb. Bu barədə Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının müdir müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, uçan naməlum obyektlərin (UNO) Azərbaycanda mövcudluğu ilə bağlı şərhlər qətiyyən həqiqəti əks etdirmir.

“Sadəcə olaraq insanlar və bu sahədə özlərini ixtisaslaşmış hesab edən bəzi “ekspertlər” uçan boşqab, UNO barədə mülahizələr irəli sürərək ictimaiyyəti çaşdırmaq istəyirlər”, - Babayev deyib.

Elçin Babayev qeyd edib ki, insanların müşahidələri atmosfer hadisəsi və ya süni cihazlar ola bilər.

Rəsədxananın müdir müavini həmçinin vurğulayıb ki, ölkə ərazisində baş verən qeyri-adi atmosfer hadisələrinin araşdırılması üçün Beynəlxalq Astronomiya İttifaqı ilə əməkdaşlıq edilir.

“Beynəlxalq Astronomiya İttifaqının naməlum hadisələrin izahı ilə məşğul olan komissiyasına Azərbaycan ərazisində buludlarla bağlı müşahidə olunmuş qəribə hadisənin koordinatlarını və şəkillərini göndərdik. Hələdə komissiyadan cavab gəlməyib”, - o deyib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4678 Tarix: 04.03.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər