Bakıda terrorçular Milli Məclisə hücum edib deputatları öldürmək istəyirmiş

Bakıda terrorçular Milli Məclisə hücum edib deputatları öldürmək istəyirmişBakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terrorçu qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb. F.Sadıqov terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.

DTX-nin rəsmi məlumatı və indi üzə çıxan tükürpədici təfərrüatlar

Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 1-də həmin qrupun zərərsizləşdirilməsi haqda yaydığı məlumatda deyilirdi ki, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları – "Abu Hafsa" ləqəbli M.Ulubəyovun, "Abdulqərib" ləqəbli Q.Dəmirovun, "Əbdülxalid" ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah" ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

O vaxt DTX əməliyyatın Bakının hansı istiqamətində keçirildiyini və terrorçu qrupun fəaliyyətinə, planlarına dair təfərrüatları açıqlamamışdı. Bu təfərrüatlar indi məhkəmə prosesində üzə çıxır və DTX xüsusi təyinatlılarının həmin qrupu zərərsizləşdirməklə Azərbaycanda hansı tükürpədici terror hücumlarının qarşısını aldığı məlum olur.

"Əbdülxaliq" ləqəbli Fərid

Beləliklə, istintaq materiallarına əsasən dini ləqəbi "Əbdülxaliq"olan Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda yayılması naminə Qərib Dəmirov, Məhəmməd Ulubəyov, Tural Alməmmədov, Samir Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib. Dini ekstremizm zəminində ağır və xüsusilı ağır cinayətlər törətmək üçün yaradılan cinayətkar qruplaşmanın fəaliyyətində işitirak edib, terror hücumları üçün planlar qurub. Habelə təqsirləndirilən şəxs İŞİD-in tərkibində Suriyada döyüşən azərbaycanlılarla əlaqə saxlayaraq bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı "qolu" kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib.

İstintaq sənədlərində göstərilir ki, Qaraçuxurda zərərsizləşdirilən həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurublar. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb.

Odnoklassnik.ru da yazışmalar: "Novosti Xalifata" qrupunda "Əbu Davud"un radikal çağırışları

Fərid Sadıqov ifadəsində göstərib ki, 16 yaşından dini ibadətlə məşğuldur. 2016-cı ilin oktyabrından isə islamın Safi cərəyanına meyl edib, internetdə dini məzmunlu videolara baxıb müxtəlif məqalələr oxumaqla "Əhli sünnənin Şafi məzhəbini dərindən öyrənib" Həmçinin o, odnoklassniki.ru saytında müxtəlif dini ekstremist məzmunlu müzakirələrdə iştirak edib.

Həmin qruplarda "Əbu Davud" ləqəbi ilə yazışmalar zamanı F.Sadıqov bütün qeyri-müslümləri "kafir" adlandırdığına, onların məhv edilməsinə çağırışlar etdiyinə görə odnoklassniki.ru saytı tərəfindən profili bağlanıb. Bundan sonra F.Sadıqov "Abdul Xaliq" adı ilə qruplarda, daha çox isə "Novosti Xalifata" qrupunda yenidən yazışmalara başlayıb, özünə həmfikirlər tapıb. Lakin açıq-aşkar terrorçuluğu təbliğ etdiyi, radikal çağırışlar etdiyi üçün bu profil də sayt tərəfindən bloklanıb.

"Əbdülxaliq"in xudatlı Ulubəyovla tanışlığı

F.Sadıqovun ifadəsinə əsasən o, əslən Xudat rayonundan olan Məhəmməd Ulubəyovla məhz odnoklassniki.ru-da yazışmalar zamanı tanış olub, bir-birlərinə mobil telefonlarını veriblər.

İŞİD-çinin ifadəsindən: "Məhəmməd ərəb dilini öyrənmək üçün Bakıya gəlib Qaraçuxurda kirayədə yaşayırdı. Bir neçə dəfə onun yaşadığı evə getmişdim. Həmin evdə olarkən Məhəmmədin vasitəçiliyi ilə Samir, Tural və Qəribi tanımışam. Dini söhbətlər aparır, zikr edir, camaat namazı qılırdıq".

Məhəmmədin kirayə qaldığı evdə cızılan təhlükəli planlar

Lakin Məhəmmədin kirayə qaldığı evdə yığışanlar təkcə dini ibadətlə məşğul olmurdular, İŞİD ideyalarının Azərbaycanda da yayılması, Suriyada qurulan "İslam dövləti"nin Azərbaycanı və hətta bütün dünyanı əhatə etməli olduğu haqda danışırdılar. Bunun üçün yollar fikirləşir, planlar cızırdılar. Habelə Azərbaycanda başladacaqları cihadda onlara düzgün yol göstərib əmrlər verən, əldə olunacaq qəniməti-beytül malı "ədalətli şəkildə böləcək" əmir seçmək haqda müzakirə aparırdılar.

Əslində bu qruplaşmanın üzvlərinin əvvəlki niyyətləri Suriyaya gedib cihada qoşulmaq idi. Lakin bu və ya digər səbəblərdən onların Suriyaya getmək niyyətləri baş tutmadığından cihadı elə Azərbaycanda başlatmağı qərara alırlar.

F.Sadıqovun ifadəsindən: "Məhəmməd dini cəhətdən savadlı və dünyagörüşlü olduğundan onun dediklərinə qulaq asırdıq. Dini mübarizəyə başlamaq üçün silah-sursat, partlayıcı maddələrin əldə olunması üçün planlar cızırdıq. Silah almaq üçün pul lazım olduğundan banklara, şərab evlərinə, imkanlı şəxslərin evlərini qarət etməyi nəzərdə tuturduq. Əldə ediləcək puldan silah sursat almağı, ehtiyacı olanları yardım etmək və bu yolla sıralarımızı genişləndirmək istəyirdik. Həyata keçirəcəyimiz basqınlarda müsəlmanlardan şübhələnməsinlər deyə, üzümüzü qırxmaq və sosial şəbəklərdəki bütün profillərimizi silmək qərarına gəlmişdik".

Silahlı basqınlardan sonra Qusar meşələrinə çəkilmək planı

Qrup üzvləri qərara alıblar ki, silahlı hücumlara başlayandan sonra Qusar rayonundakı meşələrə çəkilsinlər, əldə etdikləri qənimətləri, silah-sursatları orada və Bakıda kirayə yaşadıqları mənzildə gizlətsinlər. Sonrakı mərhələdə isə onlar Qafqazdakı bütün müsəlmanların biət edəcəyi əmiri seçməyə hazırlaşırdılar.

Qrup üzvlərindən "Əbdülxaliq" kustar üsulla partlayıcı hazırlamağın yollarını internetdən öyrənməyi boynuna götürüb. Bu məqsədlə internetdən videotəlimatları telefonuna yükləyib. Yanvarın 29-da, DTX-nin keçirdiyi əməliyyatdan iki gün əvvəl qrup üzvləri Quba və Qusar rayonu ərazisində planlaşdırdıqları silahlı hücumlara son hazırlıq işlərini müzakirə etmək üçün Məhəmməd Ulubəyovun Qaraçuxurda kirayə qaldığı mənzilə yığışıblar.

Terrorçu qrupun ilk hücum hədəfi Qusar rayon polis idarəsi olmalıydı. Onlar hücumu İdarənin qarşısında polislərin sıra baxışına düzüldüyü vaxt törətməyi planlaşdırıblar. Habelə eyni vaxtda rayonda bir-iki imkanlı şəxsin evinə, ticarət mərkəzlərinə hücum nəzərdə tutulub.

"Əbu Həfsaf" isə həmin müzakirələrdə partlayışı DTX-nin Qusar rayon şöbəsinin qarşısında törətmək təklifini irəli sürüb. Təqsirləndirilənin ifadəsindən: "Deyirdi ki, partlayış törədək, iki-üç nəfər həlak olsun, şöbəyə ziyan dəysin. Məhəmməd pul üçün "Dəmirbank" və "Atabank"ın Qusar şöbəsinə basqın etməyi təklif edəndə mən dedim ki, silahımız azdır. Bir-iki silahla banka girmək çətin olacaq. Qərib Dəmirovlə Samir Məmmədov da banka basqın etməyin çətin olduğunu dedilər. Hətta Qərib dedi ki, banka girsək atışma olacaq. Odur ki, banka deyil, şərab mağazaları və lombardlara girməyi planlaşdırdıq".

"Deyirdi ki, icra başçısının müavinin yaxşı pulu var…"

Qrup üzvləri basqın zamanı dindar görünüşü yaratmamaq üçün xarici görkəmlərinə fikir verməyi, saqqallarını qırxmağı və bir-birlərinə "əxi" deyə müraciət etməyi qadağan ediblər. Samir Məmmədov Quba rayonu ərazisində "Qırmızı qəsəbədə" yaşayan yahudilərdən birinin evinə basqın etməyi təklif edib.

F.Sadıqov ifadəsində deyib: "Deyirdi, onların yaxşı pulu var, istəsək verəcəklər. Məhəmməd isə Qusar rayon icra hakimiyyəti başçısının müavini, bələdiyyə sədrləri, Qusar rayon mərkəzi bazarının müdirinin evinə basqın etməyi təklif edib. Deyib ki, icra hakimiyyəti başçısının müavininin evinə getmək əla olardı. Bələdiyyə sədrinin, bazarkomun evinin yerini yerini öyrənmək lazımdır. Deyirdi evlərinə girək, imkanlı adamlardı, pul-para olar".

Hədəfə götürülən universitetlər

Müzakirələr zamanı "Əbu Həfsaf" Qusar rayonundakı hərbi hissələrdən birinə silahlı basqın etmək daha sonra MTN və DİN-nin Polis Akademiyalarında terror aktları keçirmək təklifini irəli sürüb. O, əsas hədəfin dövlət müəssisə və təşkilatları olduğunu qrup üzvlərinə deyib. Habelə "Əbu Həfsaf" Bakı Dövlət Universitetində, İslam Universitetində, Neft Akademiyasında partlayışların törədilməsinin vacibliyini vurğulayıb.

"Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Baş prokurorluğun əməkdaşlarının, Milli Məclisin deputatlarının, rayon və şəhər icra hakimiyyəti başçılarının "razboyluq" olduqlarını israrla bildirir, onları müsəlmanlara qarşı olan şəxslər adlandırırdı. Milli Məclisə basqın etməyi, deputatların hamısının bir yerdə olduğu vaxt onlara silahı basqın etməyin vacibliyini deyirdi"-təqsirləndirilən şəxs ifadəsində deyib.

Məhkəmənin hökmü ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5083   Tarix: 11 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455