Yol polisi yük avtomobili sürücülərini incidir? – AÇIQLAMA + FOTO

Yol polisi yük avtomobili sürücülərini incidir? – AÇIQLAMA + FOTOBəzi saytlarda müxtəlif tikinti materiallarını daşıyan yük avtomobili sürücülərinin paytaxtın Qaradağ rayonu ərazisində yerləşən DYP-nin stasionar postunda əsassız olaraq saxlanılıb incidilmələri barədə məlumatlar yayılıb. Bildirilir ki, guya həmin sürücülər qaydalara tam əməl etdikləri halda cərimə olunurlar və ya başqa süni problemlərlə üzləşirlər.

BiG.AZ xəbər verir ki, avtosfer.az məsələ ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevə müraciət edib.

Şöbə rəisi qeyd edib ki, DYP bu müraciətlərdən xəbərdardır:

"Lakin nədənsə bu "narazı" sürücülərdən heç birinin nə adı, nə də soyadı göstərilməyib və onlardan bir nəfər də olsun yazılı və ya şifahi şəkildə Baş DYP İdarəsinə müraciət etməyib. Görünür, həmin sürücülərin rəsmi qaydada müraciət etməmələrinin səbəbi mətbuat vasitəsilə YPX əməkdaşlarına təsir etməkdir ki, bununla da öz məqsədlərinə nail olsunlar, yəni kefləri istədikləri qaydada, istədikləri çəkidə yük daşısınlar.
Əlbəttə, 40 ton əvəzinə 60 ton, bəzən daha artıq yük daşıyan belə sürücüləri asfalt örtüyünün dağılması, yolların vaxtından əvvəl sıradan çıxması və ümumilikdə, yollarda təhlükəsizlik məsələləri düşündürmür. Sözsüz ki, bu niyyətlə polis əməkdaşına qara yaxmağa cəhd göstərən şəxslər nə öz məqsədlərinə çata, nə də tutduqları əmələ görə məsuliyyətdən yayına da bilməyəcəklər".

Kamran Əliyevin sözlərinə görə, bu anonim şikayətçilər bilməlidirlər ki, yol təhlükəsizliyinin təmin olunması naminə külli miqdarda dövlət vəsaiti hesabına tikilən yolların dağılmasına DYP əməkdaşları göz yummayacaq və buna imkan da verməyəcəklər:

"Məsuliyyətə cəlb olunmamağın yeganə yolu yol hərəkəti sahəsindəki qanunvericiliyin tələblərinin yerinə yetirilməsidir".

DYP tərəfindən təqdim olunan sənədlərin surətlərindən də görünür ki, yükdaşıma qaydalarını pozaraq dövlət qeydiyyat nişanlarının üstünü palçıqla örtən, normadan artıq yük daşıyan sürücülər məsuliyyətdən kənarda qalmırlar. Fotolara diqqət etdikdə məlum olur ki, yük avtomobillərinin sürücüləri nömrənin üstünü palçıqla süni şəkildə bağlayıblar.

Bununla onlar sığortasız, eləcə də kəməri taxmadan maşın sürərkən kameraya, eləcə də sürət həddini aşdıqda radara düşmür. Bundan əlavə, həmin avtomobillərin yük tutumu 40 ton müəyyən edilsə də, 60 tondan çox yük vururlar.

Beləliklə də, qayda pozmaqla yanaşı, yolları dağıdırlar və məsuliyyətdən kənarda qalmağa çalışırlar.

Yol polisi yük avtomobili sürücülərini incidir? – AÇIQLAMA + FOTOYol polisi yük avtomobili sürücülərini incidir? – AÇIQLAMA + FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 11 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 334
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 585
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 1050
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 253
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 309
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 688
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 667
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23.04.2024 250
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 343