Yol terroru yenə CAN ALDI: 2 nəfər hadisə yerində keçindi

Yol terroru yenə CAN ALDI: 2 nəfər hadisə yerində keçindiSumqayıtda avtomobilin vurub öldürdüyü şəxslərin kimliyi müəyyənləşib.

BiG.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 09 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti