"Əfran məni liftə dəvət etdi..." - Millini tək qarşılayan azarkeş - FOTO

"Əfran məni liftə dəvət etdi..." - Millini tək qarşılayan azarkeş - FOTOXəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun üçün Maynts şəhərinə yollanan Azərbaycan milli komandasını orada cəmi bir azarkeşimiz qarşılamışdı. Lakin təzahürat oxuyub, fakel yandıraraq yığmaya dəstəyini nümayiş etdirən azarkeşə futbolçuların heç bir reaksiya verməməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuş, millinin oyunçuları laqeyd davranışlarına görə tənqid olunmuşdular.

BiG.AZ xəbər verir ki, qafqazinfo-ya həmin azarkeş Şamil Mustafayevlə əlaqə saxlayıb və onun fikirlərini öyrənib:

- Millini tək qarşılasan da, futbolçular sənə təşəkkür etmədilər. Bu, sənə necə təsir etdi?

- Onların belə hərəkətini demirəm normal qarşılayıram, amma pis də qarşılamadım. Mənə heç bir təsiri olmadı. Çünki mənim işim azarkeşlik etməkdir. Ora futbolçular üçün deyil, köynəklərində daşıdıqları üçrəngli bayraq üçün gəlirəm, Onlar bu gün var, sabah yoxdular.

Burada isə gözləniləndən çox rezonans doğurdu. Bunu Azərbaycan üçün edirik. Tərif yağdırmaları çox xoş oldu. Mənə oyunçular və federasiyanın fikri maraqlı deyil. Ümumi futbolçularla yaxşı münasibətim var. Oyundan sonra da görüşürük söhbət edirik. Əgər böyük auditoriya düşünürsə ki, onlar təşəkkür etməliydilər, demək ki, haqlıdırlar.

- Oyundan sonra futbolçular səninlə foto çəkdirdimi?

- Bəli. Məşqdən sonra Ramil çəkdirdi. Bir də Əfran liftə dəvət etdi, orada Pavel, Almeida, Əfran və Ramillə şəkil çəkdirdik.

- Stadionda böyük bir xareoqrafiya açacaqdın. Ona icazə verdilərmi?

- Gec də olsa oyuna 1 gün qalmış icazə verdilər. Məşqdən sonra təhlükəsizlik rəhbəriylə razılaşdıq ki, pirotexnika deyil, amma xareoqrafiya və digər bannerlər gətirəcəyik. Çox çətinliklə icazə verdilər, Alman federasiyası sözünün üstündə durmadı. Qapının ağzında Babəkin bannerlərinə icazə vermədilər ki, üzərində qılınc rəsmi var.

Eyni zamanda, köynəklərə, 50 Azərbaycan bayrağına icazə verilmədi. Dedilər ki, yəqin satmaq istəyirsiniz bunları.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1369   Tarix: 09 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24.03.2024 506
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 199
.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 429
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 273
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 229
.

"Qarabağ"ın qapıçısı: "Nyukasl"da dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq yaxşıdır

"Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır. "Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl"

30.03.2024 390
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 702
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 384
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 446