Azərbaycanda azarkeşlər millini boykot etdi – FOTOLAR

Azərbaycanda azarkeşlər millini boykot etdi – FOTOLARİllərdir futbolumuz azarkeş baxımından əziyyət çəkir. İstər çempionat oyunları, istərsə də milli komandanın matçlarında boş tribunalar "göz oxşayır".

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son ev oyununa çıxdı.

Çexiya ilə üz-üzə gələn komandamızın matçını maksimum 10 minə yaxın azarkeş izlədi.

Həmin 10 minin 7 minini də Rəşad Sadıqovun vida matçı olduğu üçün stadiona gələnlərə yazmaq olar. Kapitanı yola salmaq üçün arenaya üz tutanlar nisbətən stadionun tribunalarında sıxlıq yaratmışdı.

Əslində, qarşılaşmaya marağın az olacağı bəlli idi. Bu səbəbdən AFFA da daha düzgün qərar verib, qarşılaşmanı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirə bilərdi. Böyük ehtimalla, burada azarkeşlərin sayı da kifayət qədər olacaqdı. Çünki Respublika stadionu Olimpiya Stadionu ilə müqayisədə şəhərin mərkəzində yerləşir və fanatların gediş-gəlişi üçün rahatdır.

Ümumiyyətlə, BOS-un "Koroğlu" metrostansiyasından çox uzaqda yerləşməsi və piyada qət edilməli olan uzun yol azarkeş sayına da mütləq şəkildə təsir edir.

"Sektor 11" fan-klubunun rəhbəri Atanur Cəfərli oyunun BOS-da keçirilməsini problem kimi görüb: "Birincisi, "Niyə də yox?" layihəsinin süquta uğraması, ikincisi, matçın Bakı Olimpiya Stadionunda keçirilməsi problemdir. Çünki yol çox uzaqdır. Üçüncüsü, azarkeş qruplarının matçı boykot etməsi. Biz fan-klub kimi matça yollanmamışdıq. Sadəcə, Rəşad Sadıqova görə fərdi şəkildə stadiona getmişdik. Boykotun səbəbi isə çoxdur. Ən əsas səbəb odur ki, milli komanda yenə uğursuz çıxış etdi və qrupda 5-ci yeri tutdu. Digər tərəfdən, AFFA-nın işi bizi qane eləmir. 8 komandalı çempionat keçirilir, bölgə klubları Premyer Liqaya buraxılmır. Regionlarda futbolu "öldürürlər". Bütün bunlar azarkeşləri milli komandadan uzaq salır".

"Forza Neftçi" azarkeş qrupunun rəhbəri Sübhan Əliyevin də narazılıqları eyni istiqamətdə olub: "Milli yenə də uğursuz çıxış etdi. Yaxşı ki, San-Marino kimi zəif rəqib düşmüşdü və onlar 6 xal qazandı. Digər tərəfdən, milli komanda heç baş məşqçi Robert Prosineçkiyə lazım deyil. Bu adam çempionat oyunlarına ancaq məcbur qalanda baxır. Baxsaydı, Məhəmməd Mirzəbəyovun milli komandada nə işi var? Bu futbolçu mənim azarkeşlik etdiyim komandanın oyunçusudur. Amma o mövqedə ölkə çempionatında ən zəiflərdəndir. Millidə çıxış edən futbolçular heyətə dəvət almır. Təmkin Xəlilzadə kimi futbolçunu ehtiyatda saxlayıb, Mirzəbəyov oynayır. Prosineçki ona gələn təkliflərdən sonra millini ciddi saymır. Bəzi futbolçularla da şəxsi problemlərini milli səviyyəsinə çıxarır. Onları komandaya çağırmır. Stadion məsələsi. Belə böyük stadion tikiblər, çox sağ olsunlar. Amma ora azarkeş gəlməyəcək. Tofiq Bəhramov adına Respublika stadionu, digər arenalar qalıb qıraqda, lazımsız oyunu aparıb BOS-da keçirirlər. İnsanlar əziyyət çəkir o qədər yolu getmək üçün. Biz milli matçların ora salınmasına qarşıyıq. Çünki orada komandaya dəstək vermək olmur".

Çexiya millisinin futbolçuları da stadiondakı azarkeş sayına münasibət bildiriblər. Onlar bunu AFFA-nın əvvəlcədən düşünməli olduğunu deyiblər. Rəqibin futbolçusu Yan Kopiç arenadakı azarkeş sayının heç də xoş hal olmadğını bildirib: " Böyük stadion idi. Neçə azarkeşin olduğunu görmək belə çətindir. Bəs, Azərbaycan tərəfi bunu bilmirdimi? Düşünmürdülər ki, çox az azarkeş gələcək və daha kiçik arena lazımdır? Məncə, itirən onlar oldu. Belə xoş deyil. Amma buna biz heç nə edə bilmərik. Azarkeş çox olanda, fantastik ab-hava olur. Matç da daha mübarizəli keçir".

Çexlərin digər oyunçusu Antonin Barak da narazılığını dilə gətirib: "Demək olar ki, azarkeş yox idi. Matç çox böyük stadionda idi. Biz də burada çox azarkeş olacağını gözləmirdik. Oyun daha kiçik stadionda olsaydı, fərqli ab-hava görərdik".

Görünən odur ki, milli oyunlarını nə qədər BOS-da keçirəcəksə, azarkeş baxımından əziyyət çəkəcək. Yalnız İtaliya, İspaniya, İngiltərə kimi komandalar bu arenaya gələndə, stadionda sıxlıq görmək mümkündür.
Azərbaycanda azarkeşlər millini boykot etdi – FOTOLARAzərbaycanda azarkeşlər millini boykot etdi – FOTOLARAzərbaycanda azarkeşlər millini boykot etdi – FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1647   Tarix: 06 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688