Məleykə GÖZ YAŞI TÖKDÜ: "Ramizi ata-anamın ruhuna görə bağışlamayacam..." - AUDİO

Məleykə GÖZ YAŞI TÖKDÜ: "Ramizi ata-anamın ruhuna görə bağışlamayacam..." - AUDİOMəleykə Əsədova: " Ata və anamın ruhuna görə, onu bağışlamayacağam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə, cavab verəcək. Məndən mərhəmət gözləməsinlər"

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə görə Məleykə Əsədovadan üzr istəyib. Xalq artisti Ramiz Məlik baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir:

"Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm".

Ramiz Məlikin üzrxahlığını Məleykə Əsdəovanın qəbul edib etməyəcəyi isə hələki bəlli deyil.

Məsələyə münasibətini öyrənmək üçün M.Əsədovanın özü ilə əlaqə saxladıq.

O "Sherg.az"a açıqlamasında məsələni belə izah etdi: "

« Mən bu günə qədər heç bir qalmaqalda aldı hallanan sənətkar olmamışam. Həmişə hamıya xoş niyytli olmuşam. Öz balaca dünyamda sənətim və qızımla məşğul olmuşam. Mənim balaca dünyamda çirkinliyə yer olmayıb. Amma anama, atama, qızıma "dil uzadan", onları təhqir edən insanı bağışlaya bilmərəm. Bunun məndən heç kim gözləməsin. Anam nurani qadın olub. Axı, dünyasını dəyişən bir insana necə dil uzadıb böhtan atmaq olar ( Bu ifadələrdən sonra M.Əsədova susur və qəfil hönkürərək ağlayır) Mənim validyenlərimin hər ikisi mədəni, əxlaqlı insanlar olub. Ailəmi tanıyanlar nə qədər mədəni bir ailəmiz olduğunun bilir. Heç kimə imkan vermərəm ki, şəxsi həyatıma, ailəmə "dil uzadıb" məni həqiqətə uyğun olmayan böhtanlarla ləkələsin. Allahdan qorxmur bu insan? Dünyasını dəyişən insanlar barədə böhtan danışmaq nə qədər əxlaqa sığır ?! Kim yerimdə olsa, bağışlayarmı? Ramiz Məliki qətiyyən bağışlmaq niyyətində deyiləm. Kim ona o ixtiyarı vermişdi ki, ailəmi belə çirkin ifadələrlə təhqir etsin. Qızıma, ölənlərimə böhtan atıb "dil uzatsın". Amma Ramiz Məlik saytlarda ailəm, anam, atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ata və anamın ruhuna görə onu bağışlamayacağam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç vaxt məhkəməyə müraciət etməmişəm. Amma bu dəfə ailəmə "dil uzatdılar". Məndən mərhəmət gözləməsinlər. Qanun çərçivəsində o təhqirlərə görə, Ramiz Məlik cavab verəcək. Kimliyindən asılı olmayraq ailə "dil uzadanlar"ın cavabının verəcək qədər isə güclü qadınam. Mənim Azərbaycan qanunlarının aliliyinə inanıram. Məhkəmədə o təhqirlərinə görə, cavab verməyə borcludur. "

Xatırladaq ki, iki həmkar arasında mübahisəyə səbəb aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar olub. Fotoları görən aktyor həmkarına həmin şəkillərlə özünü, ona verilən fəxri adı və teatr kollektivini biabır etməməyi məsləhət görüb.

mənbə: sherg.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12611   Tarix: 03 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 603
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 605
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 777
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 824
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

19.04.2024 1452
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 404
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1437
.

"Bir gün gitara almağımla hər şey dəyişdi" - Mert Demir

"19 yaşdan sonra musiqidən başqa işlə məşğul olmadım. 19 yaşa qədər ağlınıza gələ biləcək bütün işlərlə məşğul oldum.Kitab satdım, dülgərlik etdim. Bu da həyatda qalmaq bacarığımı inkişaf etdirdi". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Mert Demir deyib. "Vəkil olmaq istəyirdim, fikrim

19.04.2024 161
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 7187