"N brothers"in üzvünün atası ömürlük HƏBS EDİLDİ

"N brothers"in üzvünün atası ömürlük HƏBS EDİLDİBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və qohumunu öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

BiG.AZ-ın report-a istinadla xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q.Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Abşeron rayonu, Saray qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu, 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb.

İlkin məlumata görə, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.

Hadisədən sonra meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Qətli törədən Q.Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, qətli törədən Q.Hüseynov "N brothers" musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2172   Tarix: 03 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 332
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586