Diplomunu təsdiq etdirə bilməyən şəxs VƏTƏNDAŞLIQDAN İMTİNA EDİR? - QALMQAL BÖYÜYÜR

Diplomunu təsdiq etdirə bilməyən şəxs VƏTƏNDAŞLIQDAN İMTİNA EDİR? - QALMQAL BÖYÜYÜRBu gün Apellyasiya Məhkəməsində Dağıstan Dövlət Pedoqoji Universitetində təhsil almış Orxan Məmmədlinin diplomunun tanınması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Proses hakim Elmira Nağıyevanın sədrliyi ilə baş tutub. 2016-ci ilin əvvəlindən başlayan prosesin yekunu olan bugünkü iclasda qərar çıxarılacağı gözlənilsə də, oktabrın 10-na təxirə salınıb.

Şikayətçi məhkəmənin qərarına etiraz edib. Daha sonra Təhsil Nariliyi və Nazirlər Kabinetinin 2009-cu ildə ixtisas tanıma ilə bağlı qərarını sübut kimi hakimlərə təqdim edərkən bildirib ki, qanunun geriyə qüvvəsi yoxdur: "Mən Universitetə 2007-ci ildə daxil olmuşam. Bu qərar isə 2009-da çıxarılıb. Qanunun geriyə güvvəsi olmadığını hakimlər məndən daha yaxşı bilirlər. Bu səbəbdən sözügedən qərarın mənim təhsilimə heç bir aidiyatı yoxdur. Bu sənət 2009-cu ildən etibarən qüvvəyə minib".

O.Məmmədli jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin ondan bu məsələ ilə bağlı rüşvət istədiyini deyib: "Təhsil Nazirliyi məni vətəndaşlığımdan imtina etməyə vadar edir. Mənim təhsil hüququmu əlimdən alır, qanunlarımı tapdalayır. Sözügedən nazirlikdə vəzifəsini icra edən qanuna, Ümumilli Lider Heydər Əliyevin qol çəkdiyi sənədlərə məhəl qoymurlar. Bu qurum bu gün mənə müxtəlif səbəblər gətirərək, diplomumu təsdiq etmək istəmir. O zaman belə çıxır ki, bu gün qanunla tənzimlənməyən, əsassız, yerli və beynəlxalq təhsil qanunlarını pozaraq, ən xırda məsələləri mənə səbəb kimi göstərən Təhsil Nazirliyinə, məsələnin lap əvvəlində tələb etdikləri rüşvəti versəydim, özlərinin gətirdiyi səbəbələrə göz yumacaqdılar? Təhsil Nazirliyi bilsin, mənim halal, qanuni diplomumu təsdiqləməsələr, Azərbaycan Respublikasının vətəndaşlığından imtina edəcəyəm. Bu zaman məsələ ölkə başçısı, cənab İlham Əliyeva çatacaq. O zaman bu qurumun başında oturanlar nə cavab verəcək? Vətənini, ölkəsini sevən, təhsil almaq hüququna malik vətəndaşı bezdirib, ölkədən qaçırtmaq istəyirsiz?".

Şikayətçi Təhsil Nazirliyinin onun şəxsi məlumatlarını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə etdiyini deyib. Yəni, Gömrük İdarəsi O.Məmmədlinin ölkədən giriş-çıxışı haqda tam məlumatı Təhsil Nazirliyinin əməkdaşlarına təqdim edib.

Məsələ ilə bağlı Nazirliyin nümayəndəsi qeyd edib ki, bu ekspertiza qaydası ilə tənzimlənir və nazirliyin buna hüququ çatır. Ancaq Təhsil Nazirliyinin Nizamnaməsində sözügedən maddə qeyd edilməyib. O. Məmmədli bu məsələyə də münasibət bildirib: "Təhsil Nazirliyi Nizamnaməsində vətəndaşın şəxsi məlumatını əldə etmək barədə heç bir məlumat yerləşdirməyib. Sənət tanıma ekspertiza keçirilmədən verilməlidir. Təhsil Nazirliyinin mənim şəxsi məlumatlarımı, ölkədən nə zaman çıxdığım və ya giriş etdiyim barədə məxfi məlumatlarımı əldə etməyə hüququ yoxdur.

Bildiyimiz kimi, 1996-cı ildən Beynəlxalq Konvensiya qəbul edilib. Konvensiyaya görə, dövlətlər əgər qarşılıqlı olaraq bir-birlərini tanıyırlarsa, onlar arasında rəsmi hüquqi sənədlər varsa, o zaman diplomların tanınması ilə bağlı heç bir problem yaşana bilməz. Azərbaycan həm də 2001-ci ildə Avropa Şurasının tam hüquqlu üzvüdür. Bu həm də o deməkdir ki, Avropa Şurasında təmsil olunan ölkələrin diplomları birmənalı olaraq tanınmalıdır. Lakin Nazirliyin sözügedən idarəsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq diplomlardan imtina edir".

Xatırladaq ki, iki ilə yaxındır başlayan məhkəmə prosesində birinci instansiya məhz Orxan Məmmədlinin xeyrinə qərar çıxardıb. Təhsil Nazirliyi çıxarılan hökmdən razı qalmayıb və Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə Nazirliyin xeyrinə qərar verib. Bundan sonra Orxan Məmmədli Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə vətəndaşın şikayətini təmin edib və işi yenidən Apellyasiya Məhkəməsinə qaytararaq, məsələni daha dərindən araşdırmaq tapşırığını verib.

Təhsil Nazirliyi ilə vətəndaşın qarşıdurmasında medianın diqqətini cəlb edən daha bir məsələ Apellyasiya Məhkəməsi ilə bağlıdır. Araşdırma zamanı məlum olub ki, Apellyasiya Məhkəməsində Təhsil Nazirliyi ilə vətəndaş arasında keçirilən proseslərin təxminən 98%-i məhz Nazirliyin xeyrinə həll edilib. Təkcə bu il ərzində sırf diplom tanıma ilə bağlı 53 vətəndaş müraciət edib. Bu müraciətdən cəmi 1 nəfərin diplomu təsdiq edilib. Burada haqlı sual ortaya çıxır, Təhsil Nazirliyi Apellasiya Məhkəməsinə təyziqlər göstərir?

Əldə olunan digər məlumata görə, Nazirliyin hüquq şəbəsində rəhbər vəzifələrdən birini icra edən şəxsin yaxın qohumu Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimidir.

Daha bir diqqət yetirilməli məlumat ondan ibarətdir ki, məhz hakim Elmira Nağıyeva təkcə bu il ərzində Təhsil Nazirliyi ilə bağlı 7 prosesə sədrlik edib. Bütün proseslər də Təhsil Nazirliyinin xeyrinə bitib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1558   Tarix: 03 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 1133
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 405
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 333
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

15:32 8
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 450
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 66
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 253
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

12:51 556
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23.04.2024 1377