Məcburi köçkünün evi uçuruldu: "Bu soyuqda çadırda gecələyirik" - ŞİKAYƏT

Məcburi köçkünün evi uçuruldu: "Bu soyuqda çadırda gecələyirik" - ŞİKAYƏT- Danışa da bilmirəm, qızım, qalmışam "tupik"də".

Telefonda səsi titrəyir, danışa bilmir. Çarəsiz qalan bu şəxs 61 yaşlı Abbasxanov Nurəddin Abbasxan oğludur. Füzuli rayonundan məcburi köçkündür. Doğma yurdu 1993-cü ildə ermənilər tərəfindən işğal olunduqdan bəri ailəsi ilə birgə müvəqqəti Beyləqanda köhnə klubda məskunlaşıb.

BiG.AZ xəbər verir ki, bu barədə Abbasxanov Nurəddin nəhayət, özünü toparlayıb, dərdini Lent.az-a danışır:

- Köhnə klub idi. 1937-ci illərdə kərpicdən tikilmiş binaydı. İndi də dövlətin balasındadır. İslahata getməyib. 2010-cu ildə bina uçdu. Bəzi ailələrə yeni ev tikib verdilər, bizə isə dedilər, uçan evin yerində ev tikin və yaşayın. Biz də tikib yaşadıq. Bizdən 60 metr aralıda mağaza var. 2013-cü ildən sonra Tofiqə adında bir qadın çıxdı ki, bəs, mağaza mənimdir, almışam. Sizin yaşadığınız torpaq da mağazanın istifadəsindədir, çıxın evdən. 2013-cü ildən bəli ha çalışdıq-vuruşduq, xeyri olmadı, məhkəmə onun xeyrinə qətnamə çıxartdı. Mağaza kimin idi, Tofiqəyə o mağazanı kim satıb, bilinmir. Mağaza dövlətin olub. Elə indi də dövlətin mülkiyyətindədir.

O vaxtdan bəri N. Abbasxanov çox qapını döysə də, şikayətinə baxan olmayıb.

- Kimsə əhəmiyyət vermədi. "Qaçqınkom" da bizə dəstək olmur. 3-5 gün olar, bir məktub verib ki, köhnə idarəyə yerləşdirsinlər bizi. Biz də imtina etmişik. İdarənin binasını təzəlikdə yandırıblar. Üzr istəyirəm, ora heyvanı da salsan, girməz. Elə pis vəziyyətdədir ki... Ora da dövlət müəssisəsidir. 3-5 gündən sonra gələcəklər ki, buradan da çıxın. Bunlar bir yana, Tofiqə deyir ki, onsuz da oranı da alacağam əlinizdən.

Məsələ ilə N. Abbasxanovun həyat yoldaşı Mahirə Abbasxanova sentyabrın 18-də Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradovanın qəbulunda olub.

- Bahar Muradova deyib, məhkəmənin qərarına qarışa bilmərəm, sizə idarədən yer veriblər, gedin yaşayın. Mahirə də deyib, ora yanmış, köhnə binadı, təzədən bir də ora qaçqın gedim? Bahar xanım söz verib ki, icra başçımızla danışacaq. Sabahı gün Mahirə Bahar Muradovanın qəbulundan qayıtdı. Səhər o işə getdi, mən də rayona. Qonşu Mahirəyə zəng edib ki, "Mahirə xala, evinizi sökürlər". Gəldik ki, evimizi uçurublar, daşlar da qalıb ortalıqda. Çadır veriblər ki, ora yığışın. Həyətdə toyuq hinimiz var, deyirəm, oranı suvayım, qışı orda keçirək. 7 gündür küçədə qalıram. Havalar da günü-gündən soyuyur. Arvad-uşaq qonşuda qalır. Tofiqə deyir, necə üzlü insansız e çıxıb getmirsiniz, o çadırı da sökdürəcəyəm.

***

Məsələnin aydınlaşması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Lent.az-a bildirir ki, Füzuli rayonundan məcburi köçkün olan Abbasxanov Nurəddin Abbasxan oğlu bu məslə ilə bağlı Komitəyə də müraciəti əsasında məsələ hərtərəfli araşdırılıb:

- Füzuli rayonundan məcburi köçkün olan Abbasxanov Nurəddin Abbasxan oğlunun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciəti nəzərə alınaraq, Beyləqan rayon məhkəməsinin qətnaməsinin icrasını müvafiq dayandırılmasına köməklik göstərilməsi barədə Beyləqan Rayon İcra Şöbəsinə də məktub göndərilib. Məktubda yazılıb ki, həmin ailə burada müvəqqəti məskunlaşıb. Ailənin yaşaması üçün başqa yerdə yaşayış sahəsi yoxdur. Ümumiyyətlə, bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamının ikinci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanlarına, rəhbərlərinə tapşırılır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana qədər, həmçinin, müvəqqəti yaşaması üçün yeni qəsəbələrə, evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci ilədək müvəqqəti məskunlaşdığı ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən, obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Lakin Azərbaycan Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi qaydasının tələblərinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla köçürülə bilərlər.

Komitə rəsmisinin sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Beyləqan Rayon İcra hakimiyyətinin balansında boş mənzil olmadığı üçün Abbasxanovlar ailəsinin başqa yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir.

- Sentyabr ayında bu məslə ilə bağlı biz həm Beyləqan rayon İcra Hakimiyyətinə, həm də Beyləqan rayon İcra Şöbəsinə müvafiq məktublar göndərmişik. Və bu məktublarda xahiş etmişik ki, Beyləqan Rayon məhkəməsinin qətnaməsinin icrası Prezidentin sözügedən sərəncamının ikinci bəndinə uyğun olaraq, həmin ailə dövlət proqramına uyğun başqa yaşayış sahəsi ilə təmin olunana qədər dayandırılsın. Tərəfimizdən eyni məzmunlu müraciət Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə də göndərilib. Bundan başqa, Abbasxanov Nurəddin Abbasxan oğlunun müraciətilə əlaqədar olaraq, aidiyyatı üzrə bu məsələyə baxılması Beyləqan rayon İcra Hakimiyyətinə də məktub göndərilib. Hazırda komitənin orda boş mənzili yoxdur. Nazirlər Kabinetinin 200 nömrəli qərarında göstərilir ki, məcburi köçkün müvəqqəti yaşayış yeri ilə təmin olunması onun məskunlaşdığı rayonun icra hakimiyyətinə müraciət etməlidir.

***

Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Qələndərovun sözlərinə görə, icra hakimiyyətindən Abbasxanov Nurəddin Abbasxan oğluna Füzuli rayonunda ev təklif olunub, lakin Abbasxanovlar Füzuliyə qayıtmaq istəmədiklərini bildiriblər.

- Biz onlara Füzuli rayonu ərazisində Zobucuq qəsəbəsində ev təklif etmişik. Deyir, mən ora qayıtmıram, üzüm-gözüm bura öyrəşib. Beyləqan rayonunda 20 mindən çox qaçqın və məcburi köçkün var. Biz onları 1993-cü ildə məskunlaşdırmışıq. Bu gün təzədən kimi məskunlaşdıra bilərik? Məhkəmə qərarında biz ona istiqamət verdik ki, yuxarı instansiyalara müraciət etsin, o da etmədi, vaxt ötdü. Bu gün ona başqa bir idarə binasının bir otağını təklif edirik, müxtəlif bəhanələrlə ora da getmək istəmir. Binanın bir hissəsində yanğın olsa da, təklif etdiyimiz otaq normal vəziyyətdədir.
Onlar deyir, yox, sökülən evin yerində təzədən tikək. Sabah o tikəcək, bir də sökəcəklər. Biz onların bu tələbi ilə razılaşa bilmərik. Yenə deyirəm, Zobucuq qəsəbəsində yaşamağa razılıq versə, onları orda yerləşdirə bilərik.

Məhəmməd Qələndərovun dediklərini N.Abbasxanov təəccüblə qarşıladı: "Belə bir şey olmayıb. Bizə nə Zobucuqda, nə başqa yerdə ev təklif etməyiblər. Ev təklif edirdilərsə, müvəqqəti yaşamağa çadır niyə göndərirdilər?"

***

Bax belə. Payızın bu yağışlı, soyuq günlərində Beyləqanın mərkəzində bir ailə 24 il sonra ikinci dəfə köçkünlük yaşayır. Düz 24 il əvvəl olduğu kimi – evləri dağıdılıb, həyan yox, harayları eşidilmir, özləri də çadıra məhkum...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1605   Tarix: 02 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204