Bakının mərkəzində özünü ərəblərə satan onlarla azərbaycanlı fahişələr tutuldu - RƏSMİ

Bakının mərkəzində özünü ərəblərə satan onlarla azərbaycanlı fahişələr tutuldu - RƏSMİBakının mərkəzində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən 83 nəfər saxlanılıb.

Daxili İşlər Nzirliyindən BiG.AZ-a verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılmışdır.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilmiş, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilmiş, 18 nəfərə inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilmişdir.

Lakin saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilmiş, zöhrəvi xəstəlik aşkar edilməmiş 24 nəfər inzibati həbsdən azad edilmişdir.

Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6-da "AİDS",

6-da "HİV", 16-da "sifilis", 2-də "kəskin uretrit, candida albikas və trixomonias", 2 nəfərdə isə "Hepatit HVC" virusu aşkarlanmış, digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər, belə iddialar tamamilə əsassızdır, reallığı əks etdirmir. Bir daha qeyd etməyi vacib hesab edirik ki, belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6966   Tarix: 02 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127