Prezidentdən əhaliyə ŞAD XƏBƏR: "Pensiyalar ARTACAQ"

Prezidentdən əhaliyə ŞAD XƏBƏR: "Pensiyalar ARTACAQ"Prezident İlham Əliyev bu gün Qobustan rayonunda sakinlərlə görüşü zamanı gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağını deyib. Virtualaz.org qeyd edir ki, prezidentin ölkədə iki ildir yaşanan iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etməsi sadəcə olaraq proqnoz deyil və mövcud iqtisadi situasiyaya, gələn ilin büdcə layihəsinə əsaslanan möhkəm qənaətdir.

Belə ki, Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin layihəsi artıq parlamentə təqdim olunub. Layihədə büdcənin xərclər və gəlirlər hissəsinin 4 milyard manatdan çox artımı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, sərt qənaət tədbirlərinin ardınca gələn il dövlət investisiya xərcləri yenidən ciddi ölçüdə artacaq, nəticədə iqtisadiyyatda canlanma yaranacaq. Büdcə layihəsinin detalları məlum deyil, ancaq gözlənilir ki, xüsusən tikinti sektoruna, infrastruktur layihələrinə investisiyaların artırılması orada əksini tapacaq.

Digər tərəfdən neftin hazırkı qiymətləri də gələn il üçün iqtisadi inkişaf perspektivləri barədə optimist qənaətə əsas verir. Xeyli müddətdir ki, neftin bareli 50 dollardan yuxarı satılır, proqnozlara görə bazarda sabitlik davam edəcək, kəskin ucuzlaşma baş verməyəcək. Bu səbəbdən Maliyyə Nazirliyi gələn ilin büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsini nəzərdə tutub. Hazırkı büdcə qiyməti 40 dollardır.

Neftin büdcə qiymətinin 5 dollar baha götürülməsi gəlirlərdə artımı qarantiyalayır. Digər tərəfdən manatın kursu əsasən sabitdir, tədiyyə balansı müsbətdir, ölkənin valyuta ehtiyatlarında artım var və beləliklə də ortamüddətli perspektivlər üçün Azərbaycanın makroiqtisadi göstəricilərinin sabitliyi təmin edilmiş sayıla bilər.

Məlum olduğu kimi manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra əhalinin real gəlirlərində azalma baş vermişdi və bu qaçılmaz idi. Hökumət makroiqtisadi göstəriciləri sabitləşdirmək üçün sərt qənaət metodunu seçdi və büdcədən maliyyələşən təşkilatlarda maaşların, o cümlədən sosial ödəmələrin artımına getmədi. Bu "kəmərsıxma" siyasətinin alternativi həmin şərtlərdə mövcud deyildi. Çünki əmək haqlarının artımı dövriyyədəki pul küləsini artıraraq milli valyutanın məzənnəsini sabitləşdirmək səylərinə zərbə vuracaqdı.

İndi isə makroiqtisadi göstəricilərin yenidən yaxşılaşması hökumətə imkan verəcək ki, nəhayət maaş və sosial ödəmələrdə illik inflyasiyanı nəzərə alaraq artıma getsin. Böyük ehtimalla gələn ilin büdcəsində əmək haqlarının və sosial ödəmələrin artırılması üçün vəsait nəzərdə tutulacaq. Lakin gözləniləndir ki, hökumət yenə də ehtiyatlı davranacaq, bu artım çox da böyük olmayacaq. İqtisadçılar təxminən 10 faizlik artım proqnozlaşdırır. Əmək haqlarının artması əhalinin alıcılıq qabiliyyətinin yenidən artması və beləliklə də iqtisadi canlanmaya təkan verməsi üçün iqtisadi alətlərdən biridir.

Gözlənilir ki, hökumətin gələn ilin büdcəsində iqtisadi artımla bağlı proqnozu azı 4-5 faiz təşkil edəcək. Bu, neftin kəskin ucuzlaşmasından sonra Azərbaycanda son 20 ildə baş vermiş ilk iqtisadi geriləmələrin ardınca ölkə iqtisadiyyatının yenidən davamlı inkişaf mərhələsinə daxil olmasına imkan verəcək. Və ən mühümü odur ki, bu artım əsasən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft iqtisadiyyatının sürətli inkişafı hesabına baş verəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2951   Tarix: 02 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

17:54 247
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 143
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 208
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 459
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 812
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 702
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 801
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 150
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 196