İlham Əliyev və xanımı avtomobil yolunun açılışında

İlham Əliyev və xanımı avtomobil yolunun açılışındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.
BiG.AZ xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələrdən biri də Şamaxı rayonunda həyata keçirilib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, yolun uzunluğu 8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu uzun müddət təmir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 3 yerdə avtobus dayanacağı tikilib.

Pirqulu-Dəmirçi avtomobil yolunun tikintisi dövlətimizin başçısının tapşırıqlarına əsasən "Azəravtoyol" ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Şamaxı rayonunda dağlıq ərazidə yerləşən bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1052   Tarix: 02 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 376
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

20:00 131
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

11:52 101
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

19:30 215
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

20:45 0
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

20:30 12
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:25 135
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

15:43 209
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

17:42 145