Yeməklə bağlı 8 vərdiş ÇƏKİMİZİ ARTIRIR
Heç bir insan eybsiz və nöqsansız deyildir. Heç kim iddia edə bilməz ki, gün ərzində düzgün qida rasionuna tam kamil əməl edir.
Mühüm budur ki, biz öz yanlış adətlərimizi tanımış olaq. Sonra da bu adətlərdən uzaq olmağa çalışaq. Bu adətlərin bir çoxunun pis aqibəti vardır. Əgər yanlış yemək adətləri ilə tanış olsaq, onları aradan qaldıra bilərik.
1. Yediyiniz yeməyə diqqət etmirik.
BiG.AZ deyerler.org-a istinadən bildirir ki, insan yeməyini sakit bir şəraitdə yeməlidir və diqqəti də yediyi yeməkdə olmalıdır. Yemək yeyən zaman əlinizi işdən çəkin. Telefonla danışan zaman yemək yeməyin. Əgər yemək yeyən zaman televizora baxmağı sevirsinizsə, o zaman nə yediyinizə diqqət edə bilməyəksiniz. Belə olan halda normadan da artıq yemək yeməli olacaqsınız. Əlinizdə yediyiniz biskviti belə boşqaba qoyub, onu aramla yeyin. Oturub yesəniz və ondan ləzzət alsanız, sizin üçün daha faydalı olar.
2. Səhər yeməyini təxirə salmayın.
O insanlar ki, işə gecikir, səhər yeməyini rahatlıqla təxirə salmağı bacarırlar. Halbuki, bir neçə dəqiqə tez durub səhər yeməyini yemək olardı. Ancaq onu bilmək lazımdır ki, insan səhər yeməyini təxirə salarsa, naharı çox yeyəcəkdir. Aparılan təqiqatlar göstərir ki, insan əgər ideal çəkidə olmaq istəyirsə, səhər yeməyini təxirə salmamalıdır.
3. Hövsələsiz olanda soyuducuya tərəf getmək.
Soyuducunun sorağına getməzdən əvvəl özünüzə sual verin ki, həqiqətən acmısınız, yoxsa yox? İdman etmək və ya məqalə oxumaq bu boş vaxtı dəyərli keçirməyin əlverişli yollarındandır.
4. Başqalarının boşqabında olanı da yeyirsiniz.
Analar çox vaxtı bu işi görürlər. Uşaqların boşqabda qalan yeməyini özləri yeyirlər. Onu bilin ki, bu yolla gün ərzində 100 kalori əlavə çəki alırsınız. Uşaqlara yedikləri qədər yemək çəkin.
5. Daha böyük boşqabdan istifadə edirsiniz.
Məsələn, çips, dondurma və bunun kimi şeylər sifariş edən zaman ən böyüklərini sifariş edirsiniz. Onlar evdəki adi boşqablardan ölçü etibari ilə böyük olurlar. Onu bilin ki, qarşısınıza hər nə qədər çox yemək qoyulsa, siz də onu yeməyə çalışacaqsınız. Ona görə də ehtiyacınız olan qədər sifariş edin.
6. Şam yemirsiniz və ya ancaq salatla kifayətlənirsiniz.
Həmişə enerjili olmaq üçün gündə yediyiniz üç vədə yeməkdən imtina etməyin. Əgər naharı yaxşı yeməsəniz, şamı çox yeyəcəksiniz. Əgər salat sevirsinizsə, elə salatlar yeyin ki, proteini çox olsun. Çünki protein insana uzunmüddətli toxluq hissini verir.
7. Özünüzü sevdiyiniz yeməklərdən məhrum edirsiniz.
Əgər sağlam olmaq istəyirsinizsə, mötədil olun. Əgər şokoladı və ya çipsi sevirsinizsə, nə özünüzü ondan məhrum edin və nə də hər gün elə şeylər yeyin. Yaxşı olar ki, bəzi vaxtlar bu cür şeylərdən yeyəsiniz, amma davamlı olaraq yox. Şokolad yeyən zaman qara şokolada daha çox yer verin. Əgər bir gün desertdə pendirli keyk yeyirsinizsə, sabahısı gün meyvəli yeyin. Çalışın ki, seçiminiz müxtəlif olsun.
8. Duzu yeməklərinizin üzərinə boşaldırsınız.
Bunu bilmək lazımdır ki, duzu həddən artıq çox istifadə etmək qan təzyiqini yuxarı qaldırır. Ürək və beyin infaktlarına gətirib çıxardır. Duzu ətirli ədəvalarla əvəz etməyə çalışın.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq Baxılıb: 2209 Tarix: 01 oktyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA
Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir
08.09.2021 863 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409 Yuxusuzluğu aradan qaldıran məlhəm
Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm
22.08.2021 2428 Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il
28.08.2021 914 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986 Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi
23.08.2021 1483 ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd
29.08.2021 1543