Dəri və əti çürüdən xəstəlik yayılır!

Dəri və əti çürüdən xəstəlik yayılır!MRSA adlı bu xəstəliyin Britaniyaya ABŞ-dan gəldiyi güman olunur. MRSA ştamları antibiotiklərə çox dayanıqlıdır, sürətlə yayılır.
Xəstəliyə hətta avtobusda olarkən tutacağa toxunmaqla yoluxmaq olar.

"Daily Mail" bildirir ki, təhlükəli xəstəlik artıq Avropanın bir çox ölkələrinə yayılmağa başlayıb.

Ekspertlərin dediklərinə görə, MRSA USA300 stafilokokku dəridə çətin sağalan yaralar, irinli sahələr və sepsisli yerlər yaratmaqla yanaşı, ağciyərlər üçün ölümcül təhlükədir. Belə ki, sözügedən virus ağciyərlərdə ət toxumalarını çürüdərək "yeyən" nekrotik pnevmoniyaya (Necrotizing fasciitis) səbəb olur.

Virusun vətəni qismində ABŞ-ın adının çəkilməsi xəstəliyə ilk yoluxma faktlarının məhz bu ölkədə qeydə alınması ilə bağlıdır.

"NHS Choices" bildirir ki, Bat Universiteti nəzdindəki Biologiya və Biokimya Departamentinin (Department of Biology and Biochemistry at the University of Bath) rəhbəri Rut Messi Britaniyada ötən il MRSA stafilokokkuna yoluxma ilə bağlı 1000 faktın qeydə alındığını bildirir. Həmin faktların 200-ü bilavasitə USA300 bakteriyası ilə bağlı olub.

"Virusla bağlı nümunələr xəstəxanalardakı pasiyentlərdən çox, adi vətəndaşlardan götürülüb. Ona görə düşünürük ki, ölümcül virus klinikalar vasitəsilə yox, ictimai nəqliyyat və insanların gur olduğu yerlər vasitəsilə yayılır", - Messi deyib.
ABŞ-da USA300 virusuna yoluxma halları artıq çox ciddi problemə çevrilib.

Alimlərin dediklərinə görə, əvvəlki bakteriyalardan ciddi şəkildə fərqlənən MRSA USA300 virusuna yoluxan şəxs çox qısa müddətdə dünyasını dəyişir.

"Digital Journal" bildirir ki, sözügedən xəstəlik Qərbi Avropa ilə yanaşı, postsovet ölkələrinə də yayılmaqdadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3305   Tarix: 12 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 502
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 961
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 682
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 892
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 540
.

Qan təzyiqini normada saxlayan qidalar

Yüksək qan təzyiqi (hipertoniya) damarlarda qan təzyiqinin normadan yüksək olduğu bir vəziyyətdir. Qan təzyiqi, ürəyin qanı damarlar vasitəsilə bədənə vurması zamanı yaranan təzyiqdir. Davamlı yüksək qan təzyiqi həyatı riskə atan xroniki xəstəliklərə yol aça bilər. Buna görə də, necə yediyiniz böyü

17.12.2023 1510
.

Qan şəkərinin səviyyəsini aşağı salan məşhur tərəvəz

Qan şəkərinin səviyyəsini izləmək rifahı qorumaq üçün həmişə vacibdir və bu prosesdə düzgün qidalanma əsas rol oynayır. -ın xarici KİV-ə istinadla xəbərinə görə, brokolinin son dərəcə sağlam tərəvəz olduğunu eşitmiş ola bilərsiniz. Ancaq bir çox insan bu məhsulun sağlamlıq üçün nə qədər fayda gətirdiyin

03.12.2023 4697
.

Qızılcanın insanlar üçün yaratdığı təhlükə açıqlanıb

"Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub". Bunu "Report"

03.12.2023 1175
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 706