Türkiyədə azərbaycanlı mafiya üzvlərinə qarşı əməliyyat - FOTOLAR

Türkiyədə azərbaycanlı mafiya üzvlərinə qarşı əməliyyat - FOTOLARÖtən həftə İstanbulun Sultanqazi məhəlləsində silahlı basqının iştirakçıları yaxalanıb.

BiG.AZ qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı hadisədən sonra hərəkətə keçən İstanbul polisi axtarışlar zamanı insidentdə iştirak edən Azərbaycan əsilli 4 kişini həbs edib.

Hüquq-mühafizə orqanları eyni zamanda hadisənin baş vermə səbəbini də müəyyənləşdirib.

Qeyd olunur ki, insident bir müddət birlikdə narkotik ticarəti ilə məşğul olub daha sonra pulu aralarında bölə bilməyən və bir-birinə düşmən olan mafiya üzvləri arasında baş verib.

Məlumata görə, sentyabrın 23-də Sultanqazinin Uğur Mumcu küçəsində yerləşən avtoparklardan birindən avtomobili ilə çıxmağa çalışan Orhan Açıkgöz (43 yaş) və onun yanında olan Arif Məmmədova başqa bir avtomobildən atəş açılıb, insident nəticəsində adı 8 cinayətdə hallanan O. Açıkgöz hadisə yerindəcə keçinib, A. Məmmədov isə ağır yaralanıb.

İnsidentdən sonra aparılan istintaq tədbirləri çərçivəsində hadisəni törədənlər – Vahap P. (35 yaş), Agip K. (35 yaş), Mahsun K. (33 yaş) və Yasin G. (24 yaş) xüsusi təyinatlı polis dəstəsi və bir helikopterin də iştirak etdiyi əməliyyat zamanı yaxalanıb. Onların hər biri 7-8 cinayət törətməkdə şübhəli bilinir.
Şübhəlilərdən Agip K.-nın ayağından yaralandığı bildirilir.

Əməliyyat zamanı siahlı şəxslərlə polislər arasında atışma da olub.

Dindirilmə zamanı məlum olub ki, Azərbaycan vətəndaşları olan şübhəlilər vuraraq öldürdükləri Açıqgözlə yaraladıqları Məmmədovla daha öncədən iş ortağı olublar. Onlar narkotik satışından əldə olunan gəliri aralarında bölə bilmədiklərinə görə düşmənçiliyə başlayıblar və nəticədə sözügedən insident baş verib.

Sorğudan sonra 4 mafiya üzvü məhkəməyə sövq olunub.

Faktla bağlı cinayət işi açılıb.

Türkiyədə azərbaycanlı mafiya üzvlərinə qarşı əməliyyat - FOTOLARTürkiyədə azərbaycanlı mafiya üzvlərinə qarşı əməliyyat - FOTOLARTürkiyədə azərbaycanlı mafiya üzvlərinə qarşı əməliyyat - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1410   Tarix: 29 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

Bakıda kişi iki azyaşlı uşaqla küçədə dilənir: "İmkanım yoxdur, saxlaya bilmirəm" - VİDEO

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb. Görüntülərd

27.08.2020 1036