Müğənni Röya: "Soyunmaq sözündən zəhləm gedir"

Müğənni Röya: "Soyunmaq sözündən zəhləm gedir"Əməkdar artist Röya Ayxan dəbi və trendləri yaxından izlədiyini, lakin kimisə təkrarlamağı sevmədiyini bildirib.

BiG.AZ publika.az-a istinadən Röyanın müsahibəsini təqdim edir:

- Heç bir müğənninin geyim üslubunu təkrarlamadan, başqasına bənzəmədən unikal olmaq çox çətindir. Siz bu işin öhdəsindən gələ bilirsiniz?

- Bitəhər gəlirəm (gülür). Dünyanın məşhur geyim markalarının yeni çıxan kolleksiyalarını izləyir və onlardan mənə uyğun olan geyimləri seçirəm. Hər zaman özüm olmağa çalışmışam, əslində çalışmıram, elə hər zaman özüm oluram. Dediyiniz heç kimi təkraralamıram. Yəqin ki, geyim tərzimi başqalarından fərqləndirən başlıca amil elə budur. Xasiyyətim geyim üslubumda da özünü əks etdirir.

- Moda evi açmaq üçün böyük maliyyə lazımdır. Risk etməkdən qorxmadınız?

- Problemlər həmişə var, hər kəs kimi biz də problemlərlə qarşılaşırıq. Amma problem onları həll etmək üçündür, mən onları həll edirəm. Əziyyətsiz iş yoxdur.

- Bu gün dizaynerlərin bir qrupu qadını qapalı geyimlə gözəl göstərməyə çalışır, digər bir qrupu isə maksimum dərəcədə soyundurmağa çalışır. Açdığınız moda evi hansı istiqamətə meyil edəcək?

- Bu, paltar sifariş edən xanımların zövqündən asılıdır. "First Fashion Lab" moda laboratoriyasında həm dekoltesi olan, həm də dekoltesiz geyimlər hazırlanır. Ümumiyyətlə, soyunmaq sözündən zəhləm gedir, bu, söz ancaq Azərbaycanda bu qədər çox istifadə edilir. Soyunmaq dəb termini deyil, dekoltesi açıq, dekoltesi olmayan geyimlər var.

- Yaxşı geyinən xanımlara kişilər yaxınlaşmağa ehtiyat edir. Belə bir məsəl var ki, "Yaxşı geyinən qadını soyundurmaq baha başa gəlir". Gözəl geyinən xanımlar kişiləri niyə "qorxudur"?

- Sənət adamları bahalı geyinməyi sevir, həm də sahib olduqları nüfuzları onları əlçatmaz edir. Yəqin ki, elə bunu nəzərdə tutublar.

- Ən çox müzakirə olunan ulduzlardan birisiniz. Xüsusilə qadınlar sizin haqqınızda danışmağı xoşlayır, bəzən tənqid edirlər, bəzən də gözəl sözlər deyirlər. Sizin azərbaycanlı xanımlarda ən sevmədiyiniz xüsusiyyətlər hansıdır?

- Paxıllıq. Bu hiss nəinki qadını, kişini də çirkin göstərir.

- Gözəl geyinmiş xanım görəndə siz heç paxıllıq etmirsiniz?

- Yox, "Maşallah olsun" deyirəm. Əlbəttə ki, paxıllıq duyğusu hər kəsdə olur, lakin izzəti-nəfsimizi idarə etmək öz əlimizdədir. Onu məğlub edə bilməyənlər mənən eybəcərləşir. Mənsə gözəl qadınlara həmişə heyranlıqla baxmışam. Paxıl insanların uğur qazanmasına şübhə edirəm. Bu, bizi irəli getməyə qoymur, əksinə uçuruma sürükləyir. Bütün gün başqalarının uğurlarını və xoşbəxtliyini qısqananaları düşünün, adam dəli olar. Xoşbəxt olmaq istəyirsənsə, öz məqsədlərinin izi ilə getməlisən.

- Xarici görkəmini dəyişmək istəyirsənsə, nədən başlamalısan?

- Daxilindən. Stili dəyişməyin zamanı yoxdur, maraqlı görünmək istəyirsənsə, istənilən yaş dövründə müxtəlif üslubları sınaqdan keçirə bilərsən. Məsələn, bu gün mən kostyum geyinsəydim, sizinlə zarafat edə bilməyəcəkdim.

- Bədən quruluşunuz istənilən geyimi sınaqdan keçirməyə icazə verir. Dekolte geyinəndə ətrafdakı qadınların qısqanclığını hiss edirsiniz?

- Çalışıram ki, neqativ heç nəyə fikir verməyim.

- Qadının gözəlliyi onun uğur qazanacağına zəmanət verir?

- Mütləq, mənalı baxışlar, gözlər onların ən gözəl aksessuardır.

- Azərbaycanın seks simvollarından biri sayılırsınız. Sizcə, bu statusu neçə yaşına kimi qoruyub saxlaya biləcəksiniz.

- Əgər Brilliant Dadaşova indiyə qədər öz gözəlliyini qoruyub saxlaya bilibsə, deməli mən də bu adı uzun illər qoruya biləcəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2634   Tarix: 28 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 583
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 342
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24.03.2024 793
.

Zamiq Hüseynov: "Kiminsə sözü məni narahat etmir"

"Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən bir insana söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, qardaş, bacısına və sevənlərinə söz atmaq deməkdir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu verilişləri

25.03.2024 521
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 827
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 758
.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 998
.

Banu illər sonra...

Sosial medianın uşaq ulduzu Banu Muradovanın yeni videosu gündəm olub. OLAY yazır ki, onun indiki görüntüsünü anası Nigar Muradova (Moouradi) paylaşıb. İstifadəçilər Banunun böyüdüyünü yazıb və illər əvvəlki video-fotolarını xatırlayıb

28.03.2024 368
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1191