ATV telekanalı bağlana bilər: Turan telekanal rəhbərliyi "işə" saldı

ATV telekanalı bağlana bilər: Turan telekanal rəhbərliyi "işə" saldıXəbər verdiyimiz kimi, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalındadır. TV-də xüsusi iclas keçirilir. Kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, "qaldıqları yerdən davam etmələri" məsələni daha da kəskinləşdirib.

Məlum olub ki, T. İbrahimovun MTRŞ-yə, konkret olaraq hökumətin TV siyasətinə qarşı meydan oxuması bütövlükdə ATV rəhbərliyinin başını bəlaya salıb. Bu şou-biznes uşağının başından böyük mövzulara müraciət edərək iqtidara az qala dərs keçməsi bağışlanmaz həddə çatıb. Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki, ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə tənqid etməsi qəti yol verilməzdir.

***

Bildirilir ki, hələ yay tətilindən əvvəl Turan İbrahimovun kəskin ritorikası və hakimiyyətə dərs keçmək cəhdləri ölkə rəhbərliyi tərəfindən anti-iqtidar mövqeyi kimi dəyərləndirilib və kanalın prezidenti Vüqar Qaradağlıya məsələ ilə bağlı ölçü götürülməsi barədə bir neçə dəfə tapşırıq verilib. Əsasən də Turanın istər fərdi qaydada ayrı-ayrı məmurları aşağılaması və təhqir etməsi, istərsə də sistem şəklində iqtidarın müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi siyasəti məsxərəyə qoyması hiddət doğurub. Lakin xəbərdarlıqlardan heç bir nəticə çıxarmayan V.Qaradağlı sonda kəskin şəkildə danlanılıb və ondan verilişin dayandırılması və T.İbrahimovun telekanaldan uzaqlaşdırılması tələb olunub.

Mayda "ATV Səhərin" efirdən çıxması da, bəyan edildiyi kimi, yay tətili ilə bağlı deyil, məhz bu tapşırığın nəticəsi olub. Lakin Qaradağlı T.İbrahimovu işdən çıxarmayıb və o, əvvəlki vəzifəsində qalaraq digər sahələrdə fəaliyyətini davam etdirib.

Bir həftə bundan öncə yenidən efirə qayıdan "ATV Səhər"in informasiya siyasəti nəinki dəyişmədi, hətta daha da kəskin forma aldı. "26-lar" kafesi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov kəskin tənqid və təhqir olundu, bütün bu proses ssenaristi və rejissoru bəlli olan, Konstitusiya və hüquq normalarına zidd tragikomediya kimi qələmə verildi.

Məlumata görə, Hacıbala müəllim də ona qarşı aparılan çirkin kampaniyanı, T.İbrahimovun "millət dərslərini" xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, həftə ərzində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadınin hədəfə götürülməsi, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirilməsi, bir sözlə özündən müştəbeh birisinin dövlət başçısını təbliğ etmək adı altında hakimiyyətə "ağıl və millət dərsləri" keçmək cəhdini əzmlə davam etdirməsi də diqqətdən yayınmayıb.

Üstəlik, "Yoxlama" verilişinin müəllifi və aparıcısı Azər İsmayılovun hiddət doğuran özbaşınalığı, xəbərlər proqramında və digər verilişlərdə dövlət maraqlarına zidd xəttin yürüdülməsi və digər bu kimi məsələlər telekanalda V.Qaradağlının və onun yaxın ətrafının mövqeyindən irəli gələn anti-iqtidar mühitinin hökm sürdüyü barədə rəyi möhkəmləndirib. Məlumata görə, artıq dünən ATV-dəki mühitin sağlamlaşdırılmasına dair qəti tapşırıq verilib və lazımi prosedurların həyata keçirilməsinə başlanılıb. Bu gündən "ATV səhər"in fəaliyyəti dayandırılıb, Turan İbrahimov da telekanaldan uzaqlaşdırılıb. Gün ərzində Vüqar Qaradağlı və onun yaxın ətrafının da yola salınacağı, kanala yeni rəhbərlik gətiriləcəyi və əsaslı dəyişikliklərin baş verəcəyi barədə fikirlər səslənir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2512   Tarix: 26 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

20:00 90
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 115
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

20:35 0
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

20:45 0
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 301
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 346
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 356
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

18:00 364
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 336