Hökumət Kürdüstanın müstəqilliyini tanımadı: Kürdlər küçələrə AXIŞDI - VİDEO

Hökumət Kürdüstanın müstəqilliyini tanımadı: Kürdlər küçələrə AXIŞDI - VİDEO

İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirir.

BiG.AZ xəbər verir ki, İran politoloqu Qadir Qorkarian virtualaz.org-a bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır. Yerli KİV-inin məlumatına görə, yürüşlərdə demək olar ki, İranın Kürdüstan əyalətinin 80% əhalisi iştirak edir. Hakimiyyət kürdlərə İraqdakı soydaşları ilə həmrəy olduqlarını və sevindiklərini bildirmələrinə mane olmayıb.

Onun sözlərinə görə, regionda baş verənlər ABŞ-ın "Böyük Yaxın Şərq" geosiyasi planının bir hissəsidir.

Qeyd edək ki, İraq Kürdüstanında keçirilən referendumun 93%-dən çox iştirakçısı bu regionun müstəqilliyi lehinə səs verib.



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1203 Tarix: 26.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər