Qoca ata-anasını öldürən qatil danışdı: "Bacımla uşağını da öldürəcəkdim"

Qoca ata-anasını öldürən qatil danışdı: "Bacımla uşağını da öldürəcəkdim"

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində, Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o, həmin yerdə tutulub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib və hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1250 Tarix: 26.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər