Bakıda QİÇS aşkarlanan TRANSSEKSUALLARIN sayı artıb - RƏSMİ

Bakıda QİÇS aşkarlanan TRANSSEKSUALLARIN sayı artıb - RƏSMİ

Bakıda paytaxt sakinlərinin çoxsaylı müraciətləri əsasında polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan cinsi azlıq nümayəndələri məcburi həkim müayinəsinə cəlb ediliblər.

BiG.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, müayinələr tam başa çatmasa da, ilkin nəticələr ciddi narahatlığın olduğunu göstərir.

Tibbi müayinə zamanı cinsi azlığın nümayəndələrindən hələlik 16 nəfərində təhlükəli yoluxucu xəstəlik olan QİÇS və sifilis aşkar edilib: “Bu, bir daha onu sübut edir ki, istər əhalinin polisə müraciəti, istərsə də polisin belə reydlər keçirməsi əsassız olmayıb. QİÇS və digər yoluxucu dəri-zöhrəvi xəstəliklərin daşıyıcıları onlarla təmasda olan neçə-neçə gəncin həyatına, sağlamlığına təhlükə yaradıb. Yeri gəlmişkən onu bildirim ki, belə reydlər heç də cinsi azlığın bütün nümayəndələrini əhatə etmir. Əsasən o şəxslər saxlanılır ki, onlar nümayişkanə, ətrafdakılara hörmətsizlik edərək öz hərəkətləri ilə insanlarda qıcıq, nifrət və ikrah hissləri yaradır və hansısa yoluxucu xəstəliyin daşıyıcısı olması barədə polis və səhiyyə orqanlarında məlumatlar var”.

E. Zahidov onu da əlavə edib ki, tibbi müayinələr davam edir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2225 Tarix: 26.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_LENA_
_LENA_ 26.09.2017
Utanmaz mexluqlar


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər