Yol Polisi cərimə yazdı, vətəndaşı SÜRÜNDÜRDÜ: 150 manat CƏRİMƏ ÖDƏNƏCƏKMİ? - ETİRAZ

Yol Polisi cərimə yazdı, vətəndaşı SÜRÜNDÜRDÜ: 150 manat CƏRİMƏ ÖDƏNƏCƏKMİ? - ETİRAZ

Vətəndaş Paşayev Azər Ehtiram oğlu yolda qoyulan sürət həddinə uyğun avtomobil idarə etdi, lakin ona 150 manat cərimə gəldi.

Bu barədə BiG.AZ-a danışan vətəndaş ona göndərilən cərimədən narazı olduğunu, bu cərimənin doğru olmadığını bildirdi: "Mən sürət həddini aşmamışam. Göndərilən bu cərimə tamamilə qanunsuzdur. Mən məsələ ilə bağlı bütün aidiyyatı orqanlara şikayətimi və narazılığımı bildirmişəm. Dövlət Yol Polis İdarəsindən mənə dedilər ki, sizin cavabınız Sumqayıt şöbəsinə göndərilib. Lakin mən Sumqayıta getdim oradan mənə heç nə demədilər. Daha doğrusu mənim şikayətimə cavabın gəlməsi barədə məlumat vermədilər".

Həmçinin vətəndaş qeyd edir ki, ona yalnız bir cavab gəlib və həmin cavabda isə heç nədən baş açmaq olmur: "Mənə bir rəsmi cavab gəldi. Cavabda da Daxili İşlər Nazirliyinin Bakı Dövlət Yol Polis İdarəsinin mənim müraciətimə cavabını Sumqayıt Şəhər Polis İdarəsinə göndərildiyi bildirilir. Sənədin rəsmi sənəd olmasına da şübhəm var. Çünki möhürsüz bir sənəddir. Sumqayıtdan da öyrənməyə çalışsam da məni get-gələ salırlar. Mən ümumiyyətlə maşını sürətlə idarə etmirəm. Bu cərimə ilə də heç cür razılaşmıram. Xahiş edirəm ki, məni süründürməsinlər və mənim şikayətimə baxılsın".

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlamağa cəhd etsək də, 4 gün müddətində zənglərimizə cavab verilməyib.

Yol Polisi cərimə yazdı, vətəndaşı SÜRÜNDÜRDÜ: 150 manat CƏRİMƏ ÖDƏNƏCƏKMİ? - ETİRAZ
Yol Polisi cərimə yazdı, vətəndaşı SÜRÜNDÜRDÜ: 150 manat CƏRİMƏ ÖDƏNƏCƏKMİ? - ETİRAZ

Rövşən Əsədov

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1437 Tarix: 26.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər