Bakıda taksi "avtoş"larının buzda "məharəti" (Video)

Bakıda taksi

Bakıda hökm sürən qarlı və şaxtalı hava şəraitində avtoxuliqanlar yenə küçələrdə öz "məharətləri"ni göstəriblər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə günü "Trend"ə bildirib ki, buzlu havada avtoxuliqanlar təhlükəli manevrlər edərək insan həyatı üçün təhlükə yaradırlar.

Ötən il Bakıda yol polisi əməkdaşları tərəfindən 282 avtoxuliqan müəyyən edilib. Onların işi məhkəmələrə verilib və inzibati qaydada cəzalandırılıblar.
Əsədov avtoxuliqanlarla mübarizədə qanunun imkan verdiyi bütün tədbirlərin görüləcəyini vurğulayıb.
O deyib ki, avtoxuliqanlar açıq-aşkar təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradırlar.

Bölmə rəisi bildirib ki, avtoxuliqanların çalışdığı və təhsil aldığı müəssisə rəhbərliyinə intizam tənbeh tədbirlərinin görülməsi üçün təqdimatların və ya onların valideynlərinə belə yazılı məlumatların verilməsinə başlanılıb.
Qeyd edək ki, avtoxuliqanlığın cinayət əməli kimi Cinayət Məcəlləsinə daxil edilməsi təklif olunur.

Videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb. Videokameranın lentə aldığı görüntülərdə taksi sürücülərinin avtoxuliqanlıq etdiyi müəyyənləşib.


BiG.Az
Telegramda izləyin
Video   Baxılıb: 14349   Tarix: 03 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

TOP MP3