Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTO

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOTarixin ən mübahisəli mövzularından biri də rusların məhbuslar üzərində apardığı insanlığa sığmayan təcrübələrdir. Heyvani davranışlarla insanlar üzərində tibbi eksperimentlər aparan mütəxəssislər haqqında tarixi faktlar əsasında filmlər belə çəkilib. Həmin vəhşi təcrübələrdən biri də yuxudur. Mütəxəssislər insanların nə qədər müddət yuxusuz və havasız yaşaya biləcəklərini sınaqdan keçirtmək istəyirdilər. Nəticələr isə heç kimin ağlına belə gəlməzdi.

BiG.AZ sizə tarixin ən qəddar və unudulmaz təcrübələrindən keçən məhkumların acınacaqlı taleyi haqqında maraqlı faktları təqdim edir:

Xatırladaq ki, müxtəlif mənbələrdə dərc edilən material haqqında Rus hökuməti nə təsdiq, nə də inkar edici açıqlama verib. Ağlasığmaz faktların isə gerçək ola bilmə ehtimalı çox böyükdür.

Tədqiqatçılar sözügedən araşdırmaları İkinci Dünya Müharibəsi illərində ələ keçirdikləri məhbuslar üzərində aparıblar. Əvvəlcədən məhkumlarla şərt kəsən tədqiqatçılar sınaq müddətinin sonunda sağ qalanlara "azadlıq vəd edərək" razı salıblar. Şərtlərə görə, sınaq müddəti 30 gün olacaq və sonunda həyatda qalmağı bacaran məhkumlar öz vətənlərinə aparılacaq.

Təcrübə üçün isə sadəcə 5 məhkum kifayət idi. Onların içərisində kök, arıq, fiziki cəhətdən güclü və zəif insanlar vardı. Oksigen səviyyəsi xüsusi cihazlarla ölçülən otağa salınan məhbusların 30 günlük "cəhənnəm əzabı" başlayıb.

Məqsəd məhkumların 30 gün ərzində yuxusuz qalıb-qalmayacağını test etmək idi. Qapalı otaqda məhbuslara kifayət qədər qida məhsulları, çay, su və kitab qoyulmuşdu.

Otaqda mikrofon sistemi quraşdırıldığı üçün davamlı şəkildə məhbusların danışıqları dinlənilirdi. Məhkumlar yatmasın deyə otağa xüsusi qaz buraxılırdı. Zəhərlənmə hallarının qarşısını almaq üçün otağa az miqdarda oksigen də buraxılırdı.

Sınağın 5-ci günü artıq şikayətlər başlamışdı...

Məhkumlar mikrofonla tədqiqatçılara vəziyyətlərindən şikayət edir və bu təcrübəni idarə edənlərə hər şeyi dayandırmaqlarını deyirdilər. Lakin onları eşidən yox idi.

9-cu gün məhkumlardan biri dayanmadan qışqırmağa başlayıb. Qışqırmağa davam edən məhkumun səsi sadəcə gurultudan ibarət idi. Heç bir söz. İfadədən istifadə etmirdi. Tədqiqatçılar məhkumun səs tellərini parçaladığını irəli sürdülər. Daha maraqlısı isə bu vəziyyəti görən digər məhbusların pıçıltı ilə danışmasıdır. Bir neçə gün onlar heç bir kəlmə də söhbət etmirlər. Tədqiqatçılar səssizliyə aldanaraq onların öldüyünü düşünür.

Üç məhkumun ölümündən sonra geridə qalan 2 məhkum kitabların vərəqlərini cırıb kameraların və mikrofonların üzərinə qoyurdu.

12-ci gün də səs gəlməyincə, ölmüş ola biləcəkləri ehtimalı daha da artıb. Tədqiqatçılar əvvəl mikrofonların xarab olduğunu düşünsələr də, yoxlanışdan sonra bəlli olub ki, mikrofonda problem yoxdur. Otaqdakı oksigen səviyyəsi isə onların hər birinə çatacaq dərəcədə idi.

14-cü gün məhbuslar "Artıq azad olmaq istəmirik" deyərək üsyan ediblər. Məhbusların sakitliyi, kameraların kitab vərəqləri ilə bağlanılması tədqiqatın gedişatına mane olduğu üçün qərara gəlirlər ki, otağa daxil olsunlar.

"Otağa daxil oluruq, qapıdan aralıda yerə uzanıb əllərinizi başınızın üzərinə qoyun. Əks halda atəş açacayıq. Sakit olsanız azadlığa çıxacaqsınız" deyə səs eşidilir. Sağ qalan 2 məhbusdan biri onlara cavab olaraq zəif və halsız səslə: "Biz artıq azad olmaq istəmirik" deyib.

15 gündən sonra otağın qapısı açılır və bir anda otağa oksigen daxil olur. Təmiz havanı ciyərlərinə çəkən məhbuslar ucadan qışqırmağa başlayıb. İçəridən 2 fərqli səsin yalvarış hayqırtıları eşidilirdi. Rus əsgərləri məhkumları otaqdan çıxararkən gördükləri mənzərə qarşısında şoka düşüblər. 15 gün ərzində məhbuslar belə bu qədər ucadan qışqırmamışdı.

Ölən məhkumlardan biri kanalizasiya borusunun üzərində öldüyündən içəridə sidik iyindən dayanmaq olmurdu. İçəri 10 santimetr hündürlüyə qədər su ilə dolu idi. Su hesab etdikləri mayenin qan olduğunu isə çox sonra cəsədlərin üzərindəki cırmaq və diş izlərini gördükdən sonra anlayıblar.

Sağ qalan məhkumların isə saqqalları uzanmış, dəriləri parça-parça olmuşdu. Dırnaqlarının arasındakı dərilər isə onların bir-birinə xəsarət yetirdiyini açıq-aşkar göstərirdi.

Tədqiqatçılar onların əlbəyaxa dalaşdığını inkar etməsə də, bəzi yaraların yaranması heç də diş və dırnaq yaralarına oxşamırdı.

Yeməklərin çoxunun yeyilməmiş olması isə ayrı mövzu. 15 gün acmı qalmışdılar?

3 məhkumun hər üçünün qarın bölgəsindəki orqanlar və qabırğaları demək olar ki, yox idi. Ürək, ağciyərlər, diafraqma və əzələlərin çoxu döş qəfəsinin xaricinə çıxmışdı. Qan damarları və orqanlar sağlam qalsa da, digərlərini çıxarıb yerə atmışdılar. Amma məhkumlar hələ də "yaşayırdılar". Bütün bunlara baxmayaraq, onların həzm sistemləri çalışırdı. Bir neçə gün nəzarətdə saxlanılan məhbuslar yedikləri İNSAN ətini qusublar.

Məhbuslar rus əsgərlərinə otaqdan çıxmamaq üçün yalvarırdı.

Münaqişə əsnasında məhbuslardan biri əsgərin boğazını dişləyərək onu boğub.

Əməliyyat masasında orqanları çıxarılan məhbuslardan biri gülümsəyərək "kəsməyə davam et" deyə pıçıldayır.

Həkimlər tədqiqatların nəticəsiz qalmasına görə məyus olduqları zaman komandir əmr verir ki, sağ qalan məhbuslar yenidən sınaq otağına qaytarılsın.

Tədqiqatçılardan biri silahını çəkib öncə komandiri, sağ qalan məhbusları ən sonda da özünü öldürür. (publika.az)

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOBir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOBir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOBir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4459   Tarix: 24 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741