Sabah Qarabağda müharibə başlayacaq - Erməni MƏNBƏLƏRİ

Sabah Qarabağda müharibə başlayacaq - Erməni MƏNBƏLƏRİSabah Dağlıq Qarabağda müharibə başlayacaq.
BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni siyasi şərhçi Qalust Qriqoryan çıxış edib.

Q.Qriqoryan qələmə aldığı məqalədə Azərbaycanın əraziləri azad etmək üçün son şərtərini irəli sürdüyünü yazıb.

"Hamımız BMT Baş Assambleyasının 72-ci sessiyasında İlham Əliyevin çıxışını gördük. Azərbaycan prezidenti açıq şəkildə bəyan etdi ki, "aprel müharibəsi"ndə olduğu kimi Ermənistanın istənilən addıma qarşı Azərbaycan ordusu cavab verəcək. Bu, BMT-də, dünyanın ən ali orqanı olan tribunada təkcə Ermənistana yox, bütün dünyaya xəbərdarlıq idi. Təsadüfi deyildi ki, İlham Əliyev BMT-də çıxış edərkən Azərbaycan ordusu hərbi atışlar həyata keçirirdi. Bu o deməkdir ki, sabah müharibə başlayarsa, təəccüblənməməliyik", - deyə o bildirib.

Erməni şərhçi Serj Sarkisyan hakimiyyətini tənqid edib: "İlham Əliyev dünyaya xəbərdarlıq edəndə Sarkisyan ağzına su alıb oturdu, verməyə cavabı olmadımı? İlham Əliyev açıq şəkildə Sarkisyanın soyqırımı törətdiyini söylədi. Bunu heç Ukrayna prezidenti Pyotr Poroşenko belə BMT tribunasından Putinə deməyib. Amma İlham Əliyev dedi, Sarkisyan isə susdu. Əfsuslar olsun ki, bizim hakimiyyətimiz cavab verməyi belə bacarmır".

Q.Qriqoryan Azərbaycan müdafiə naziri Zakir Həsənovun fikirlərinin də Ermənistana son xəbərdarlıq olduğunu iddia edib.

Qeyd edək ki, Z.Həsənov Prezident İlham Əliyevin BMT-dəki çıxışını şərh edərkən, "Ali Baş Komandanın Dağlıq Qarabağ münaqişəsi ilə söylədiyi fikirlər Ordu üçün əmrdir" deyə bildirib.

Q.Qriqoryan Bakının artıq heç nədən çəkinmədiyini və ərazilərin azad olunması üçün müharibə variantını açıq şəkildə dilə gətirdiyini deyib. Onun fikrincə, bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir.

Qriqoryanın fikirləri Ermənistanda Prezident İlham Əliyevin çıxışının yaratdığı rezonansı əyani şəkildə göstərir. Lakin onun "sabah müharibə başlayacaq" deməklə, hücumun Azərbaycan tərəfindən ediləcəyinə işarə etməsi təxribat əməlindən başqa bir şey deyil. Doğrudur, rəsmi Bakı torpaqların azad olunması üçün istənilən vaxt hərbi əməliyyata başlayacağını gözlətmir və beynəlxalq hüquq Azərbaycana bu haqqı verir. Həmçinin, Ali Baş Komandan da BMT tribunasından bunu qəti şəkildə vurğuladı. Amma burada ermənilərin növbəti təxribata əl ata biləcəyi də istisna deyil. Ermənistanın xunta rejimi təmas xəttində yeni təxribata əl ata, Ordumuzun cavab atəşini isə "Azərbaycan bizə hücum edir" formasında təqdim edə bilərlər. Klassik üslubdur. Sarkisyanın BMT-də verə bilmədiyi cavabı cəbhədə təxribatla verməyə cəhd etməsi o qədər də təəccüblü ola bilməz. Xüsusilə erməni hərbi birləşmələrinin mülki əhalini hədəfə alması daim gündəmdə olan təhlükədir. Bu baxımdan, Azərbaycan Ordusu ayıq olmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2575   Tarix: 22 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888