İsrailin "DƏMİR GÜMBƏZ"-i Azərbaycanda: "İsgəndər"ə sipər - Ermənilər TƏŞVİŞ İÇİNDƏ

İsrailin "DƏMİR GÜMBƏZ"-i Azərbaycanda: "İsgəndər"ə sipər - Ermənilər TƏŞVİŞ İÇİNDƏAzərbaycan İsrail istehsalı olan "Dəmir günbəz" raketdən müdafiə sistemlərinin xüsusi modifikasiya olunmuş versiyasını Bakı-Tiflis-Ceyhan neft kəmərinin mühafizəsinə cəlb etməyə hazırlaşır.

BiG.AZ xəbər verir ki, bu barədə Gürcüstanda nəşr olunan "Rezonansi" qəzeti yazıb. Qəzet yazır ki, Azərbaycanın "Dəmir günbəz" raketdən müdafiə sistemləri ilə BTC-ni mühafizə etmək planları Ermənistanın Rusiyadan "İsgəndər" operativ-taktiki raketləri alması ilə əlaqəlidir.

"Azərbaycan hakimiyyəti hesab edir ki, əgər həmin raket işə salınsa başlıca təhlükəni neft kəmərinə yaradacaq. Ona görə də bu gün Bakıda və Gəncə şəhərində dünyada raketdən ən effektiv müdafiə sistemlərindən biri olan "Dəmir günbəz" yerləşdiriləcək"-qəzet Azərbaycanın İsraildən həmin sistemləri artıq əldə etdiyinə eyhamla yazır.

Azərbaycanın İsraildən "Dəmir günbəz" raketdən müdafiə sistemləri almaq barədə danışıqlar apardığı haqda hələ ötən ilin sonlarında xəbər yayılmışdı. Daha sonra İsrail mənbələri tərəflərin bu sistemin təchizatına dair müqavilə bağladıqlarını açıqladılar. "Dəmir günbəz" raketdən müdafiə sistemlərinin ilkin versiyası 70 kilometrə qədər məsafədə əsasən taktiki raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdu. Lakin daha sonra bu sistemləri istehsal edən "Rafael Advansed Systems" şirkəti Pentaqonun sifarişi ilə "Dəmir günbəz"lərin modifikasiyasını təkmilləşdirib və nəticədə daha uzaq mənzilli istənilən tip hava hədəflərini vurmaq imkanlarına malik olub. Azərbaycan İsraildən "Dəmir günbəz"lərin məhz bu versiyasını sifariş edib.

İsrailin "DƏMİR GÜMBƏZ"-i Azərbaycanda: "İsgəndər"ə sipər - Ermənilər TƏŞVİŞ İÇİNDƏ"Beynəlxalq hərbi ekspertlər deyirlər ki, "Dəmir günbəz" sistemi "İsgəndər" raketlərinin hücumlarını dəf edə bilər və bu raketlərə qarşı yaxşı müdafiədir"-Gürcüstan qəzeti yazıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Vaxtanq Mayisaya qəzetə açıqlamasında Bakı-Tiflis-Ceyhn neft kəmərinə təhdidlərin Rusiyadan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, Rusiya istəsə kəməri bombalaya bilər. "Rusiya bunu dəfələrlə edib, 2008-ci ildə Bakı-Tiflis-Ceyhan kəmərinin yaxınlığına bomba atıb, kəmərin işi bir müddət dayanıb. Ona görə də bununla mütləq barışmaq lazımdır"-o deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın müdafiə sistemlərini səfərbər etməsi Rusiyanın "İsgəndər" raketlərinin daha uzaqmənzilli versiyasını sınaqdan keçirməsinə səbəb olub. "Rusiya bu yaxınlarda "İsgəndər" raketlərinin 700 km radiuslu versiyasını sınaqdan keçirib"-Maisaya deyib. Ekspert əlavə edib ki, üstəlik ruslar digər ixrac neft kəməri Bakı-Supsanın 2 kilometrlik hissəsinə nəzarəti ələ keçiriblər. Və istənilən vaxt kəmərin operator-şirkətinə, habelə Gürcüstana və Azərbaycana ultimatum verə bilər.

İsrailin "DƏMİR GÜMBƏZ"-i Azərbaycanda: "İsgəndər"ə sipər - Ermənilər TƏŞVİŞ İÇİNDƏ"Beləliklə, Azərbaycan hökuməti müasir raketdən müdafiə sistemləri olan "Dəmir günbəz"ləri alıb. Hansı ki, onlar güclü ballistik raketlərdən effektiv istifadə etməklə Bakı-Tiflis-Ceyhan kəmərini qoruya biləcək"-Maisaya bildirib. Onun sözlərinə görə, Azərbaycan kəməri öz ərazisində müdafiə edir, indi Gürcüstan hissəsinin müdafiəsi haqda da düşünmək lazımdır.

"Ruslar Qori-Tbilisi avtomobil yolunun cəmi 400 metrliyində mövqe tutublar. BTC-nin Gürcüstan hissəsi həmin yol boyu keçir. Ona görə də ruslar üçün kəmərin Gürcüstan hissəsini sabotajla sıradan çıxarmaq çətin deyil"-ekspert deyib.

Qəzet yazır ki, Azərbaycan Mingəçevir SES, BTC və neft terminalları kimi bir sıra strateji obyektləri müdafiə etmək istəyir. "Azərbaycan müdafiə sahəsində Gürcüstanla müqayisədə çox irəliləyib. Bizim nəinki raketlərə qarşı, eləcə də hava hücumlarına qarşı müdafiə sistemlərimiz yoxdur, öz hava məkanımızı müdafiə edə bilmirik"-Vaxtanq Maisaya gileylənib.

İsrailin "DƏMİR GÜMBƏZ"-i Azərbaycanda: "İsgəndər"ə sipər - Ermənilər TƏŞVİŞ İÇİNDƏVaxtanq Maisaya

Briqada generalı, hərbi-siyasi məsələlər üzrə analitik Amirlan Salukvadze isə deyir ki, Azərbaycan prezidenti İlham Əliyev əvvəlki müharibələrin təcrübəsindən çıxış edir. "Məlum olduğu kimi 2008-ci ilin avqust müharibəsi zamanı boru kəmərinə raket zərbəsi endirmək cəhdi olmuşdu. Əlbətdə, əgər Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi əməliyyatlar başlasa energetika obyektlərinə, o cümlədən boru kəmərlərinə raket zərbələri endirmək cəhdləri olacaq. Hələlik mən belə müharibə riskini görmürəm"-general deyib.

Salukvadze qeyd edib ki, əgər Ermənistan energetika infrastrukturlarını hədəf almağa cəhd eləsə daha irimiqyaslı hərbi əməliyyatlara və ya cavab raket zərbələrinə gətirib çıxaracaq. (Virtualaz.org )


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1743   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 172
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770