Azərbaycanda qayda pozmayan sürücülərə mükafat veriləcək?

Azərbaycanda qayda pozmayan sürücülərə mükafat veriləcək?Azərbaycanda hər ay 60 nəfər yol qəzalarında dünyasını dəyişir. Rəsmi statistikaya görə bu ilin 8 ayı ərzində Azərbaycanda baş vermiş yol qəzaları zamanı 471 nəfər ölüb, 1148 nəfər isə yaralanıb. Dünyanın müxtəlif ölkələrində bu cür insan itkilərinin qarşısını almaq üçün mütəmadi olaraq sosial layihələr həyata keçirilir.

BiG.AZ-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, bu cür sosial layihələr Azərbaycanda da təşkil edilə bilər. Qayda pozan sürücülərin cəzalandırılmaları ilə yanaşı məsuliyyətli sürücülərin evlərinə ən azından Türkiyədə olduğu kimi "Təşəkkür məktubu" göndərilə bilər.

Türkiyədə həmçinin hər il və ya hər həftə nümunəvi sürücülər müxtəlif verilişlərə çağırılaraq və ya tədbirlərdə ictimaiyyət qarşısında Dövlət Yol Polisi əməkdaşları tərəfindən mükafatlandırılır.

Dubayda isə nümunəvi sürücülərə qızıldan hazırlanmış oyuncaq avtomobil hədiyyə olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlamasında qeyd etdi ki, Azərbaycanda nümunəvi sürücülərə bahalı mükafatlar verilməsə də, ən azından onlara xüsusi formada təşəkkür edilməlidir.

"Bir neçə il bundan əvvəl bu barədə fikir irəli sürmüşdüm. Nümunəvi sürücülərin mükafatlandırılması, onlara diqqət göstərilməsi yol nəqliyyat hadisələrinin qarşısını almaqda böyük köməklik göstərəcək. Məsələn Türkiyədə son 10 ildə bu cür sosial layihələrin həyata keçirilməsi qəzaların xeyli aşağı düşməsinə səbəb olub. Nümunəvi sürücülərə yüksək məbləğdə mükafat verməyə də ehtiyac yoxdur. Misal üçün qiymətli əşya verilə və ya ictimaiyyət qarşısında hansısa formada ona xüsusi təşəkkür edilə bilər", – deyə ekspert bildirdi.

Ə.Hüseynov qeyd etdi ki, DYP paytaxtda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai qaydaların qorunması sahəsində belə sosial layihələrdən yararlana bilər: "Həmin sürücüləri tapmaq DYP üçün o qədər də çətin deyil. Çünki bütün məlumatlar onların əlində var"

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə bildirdi ki, qaydaları pozmayan sürücülərin sağ qalması, cərimələnməməsi onlar üçün elə mükafatdır.

"Nümunəvi sürücünü müəyyən etmək də çətin məsələdir. Amma onu deyə bilərəm ki, sürücü qaydanı pozmayıbsa, deməli ən az 40 manat onun cibində qalır. Və ya qəza törətməyibsə, deməli sağ-salamatdır. Bu onlar üçün mükafatdır. Nümunəvi sürücünün mükafatlandırılması praktikamızda yoxdur", – deyə Kamran Əliyev bildirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227