Lütfi Zadənin cənazəsi Bakıya nə vaxt gətiriləcək? (AÇIQLAMA)

Lütfi Zadənin cənazəsi Bakıya nə vaxt gətiriləcək? (AÇIQLAMA)

Xəbər verildiyi kimi, sentyabr ayının 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib.

Alimin Azərbaycanda dəfn olunması arzuna müvafiq olaraq, onun nəşi vətənə gətiriləcək. Bununla bağlı, sənədləşmə və hazırlıq işləri aparılır.

BiG.AZ-ın məlumatına görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azərtac-a bildirilib ki, görkəmli alimin nəşinin Azərbaycana gətirilməsi ilə məşğul olan şirkət hazırlıq tədbirlərini davam etdirir.

Baş Konsulluqdan deyiblər ki, “Alimin nəşinin gətirilməsi üçün peşəkar daşınma şirkəti tərəfindən xüsusi soyuducu konteyner hazırlanmaqdadır. Bu daşınmanın bütün yüksək standartlara cavab verməsi üçün hazırlıqlar müəyyən qədər vaxt aparır. Daşınma şirkəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ilə daim əlaqədədir və hazırlıq işləri bitəndən və konteyner tam hazır olandan sonra, mətbuata məlumat veriləcək“.

Qeyd edək ki, Lütfi Zadənin nəşi təyyarə ilə San Fransisko şəhərindən Azərbaycana yola salınacaq. San Fransiskodan Bakıya birbaşa reys olmadığına görə, daşınma bir neçə gün çəkəcək.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 574 Tarix: 21.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
MiJlawka
MiJlawka 21.09.2017
Qurbet vefat edenlerin aqibetine baxin da...Morqlarda qalir gunlernen.ama qurbete getmemek.de olmur.Azerbaycanda yawamaq cox cetindir


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər