MDU-də HİCAB qadağası: Qanunvericiliyə ziddir- EKSPERT

MDU-də HİCAB qadağası: Qanunvericiliyə ziddir- EKSPERTBu il ali məktəblərə qəbul imtahanında iştirak edən Hüseynova Süsən Vüqar qızı 326 bal toplayaraq Mingəçevir Dövlət Universitetinin "Metodika" ixtisasına qəbul olub. Lakin universitet rəhbərliyi daxili nizamnaməni əsas gətirərək onun sənədlərini qəbul etməyib. MDU faktı təsdiqləyib və universitetin nizamnaməsində hicabla bağlı qadağa olduğunu bildirib.

BiG.AZ xəbər verir ki, sözügedən məsələni Axar.az-a şərh edən təhsil eksperti Kamran Əsədov isə bildirir ki, belə halların baş verməsi qanunvericiliyə ziddir:

MDU-də HİCAB qadağası: Qanunvericiliyə ziddir- EKSPERT"2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında qanun"da Ali təhsil müəssisələri üçün hər hansı bir geyim normativi müəyyən edilməyib. Heç bir ali təhsil müəssisəsi insanları geyim formasına görə təhsil prosesindən yayındıra bilməz. Azərbaycan tolerant ölkədir. Azərbaycan dövləti ölkə ərazisində insanların inancından asılı olmadan bərabər yaşadığı bir yerdir.

Mingəçevir Dövlət Universiteti keçid balını toplayan, müsabiqə şərtlərini ödəyərək tələbə adını qazanmış şəxsi bu addan məhrum etməklə Azərbaycan dövlətinin dünyaya nümayiş etdirdiyi tolerantlıq prinsipinə qarşı çıxıb. Hesab edirəm ki, MDU-nin atdığı bu addım həmin şəxsin birbaşa qanunvericilik aktlarının tələblərinin ciddi şəkildə pozulması ilə müşahidə olunur. Buna görə də həmin şəxslər - sözügedən məsələ ilə bağlı qərar verənlər məhkəməyə cəlkb edilə bilər. Çünki DİM ali məktəblərə qəbul şərtlərini elan edərkən geyimlə bağlı orada hər hansı bir qeyd nəzərdə tutulmayıb. İnsanları hansısa bir geyim formasına görə təhsil almaq hüququndan məhrum etmək doğru deyil".

Ekspertin sözlərinə görə, heç kəs hicab taxdığına görə təhsil almaq hüququndan məhrum edilə bilməz:

"Azərbaycanda yalnız məhkəmənin qərarı ilə müvafiq qanunvericilik aktlarına uyğun olaraq həmin şəxslərin hüquqları məhdudlaşdırıla bilər. Heç kim hicab geyindiyinə və ya örtük taxdığına görə abituriyenti qeydiyyata almaqdan imtina edə bilməz. Düzdür, Azərbaycanın mentaliteti var. Ali təhsil müəssisələrində şortik və ya açıq-saçıq geyinmək problem yarada bilər".

K.Əsədov bildirir ki, geyimə müdaxilə ilə dini etiqadına görə kiminsə təhsil almaq hüququndan məhrum edilməsi tamamilə fərqli məsələdir:

"Məsələn, Bakı İslam Universitetinə hər kəs qaydaya uyğun olaraq bağlı geyimdə gəlməlidir. Bu zaman kimsə durub deyə bilməz ki, yox, mən gəlmirəm. Lakin ali təhsil müəssisələrində hicabla bağlı məhdudiyyət təbiq oluna bilməz, buna qanunvericilik imkan vermir. Daxili nizamnamə yalnız uniforma və ya açıq-saçıq geyimlərlə bağlı ola bilər".

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Təhsil Nazirliyinə sorğu göndərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1477   Tarix: 14 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381