Yeni ombudsman kim olacaq?

Yeni ombudsman kim olacaq?Sentyabrın 12-dən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayıb. İlk iş günü Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. İclasda "Müdafiə haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik layihələri müzakirə edilib.

Sentyabrın 14-də isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Payız sessiyasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) seçkisi də keçiriləcək. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli bildirib.

Qeyd edək ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il mart ayının 5-də başa çatıb. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Qanuna əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini hələ də davam etdirir.

Xatırladaq ki, Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qanuna görə, iki dəfə ombudsman seçildiyi üçün E.Süleymanovanın üçüncü dəfə müvəkkil olmaq hüququ yoxdur. Bu baxımdan, yeni ombudsmanın kim olacağı maraq doğurur. İndiyə qədər daha çox Prezident Yanında Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyevin, deputatlar Əli Hüseynov və Elmira Axundovanın adı yeni ombudsman olacaq şəxslər kimi mediada hallanıb.

Deputat Fazil Mustafa "Yeni Müsavat"a bildirib ki, qanunvericilikdə dəyişiklik olmasa, Elmira Süleymanovanın səlahiyyət müddəti artırıla bilməz: "Əvvəllər ombudsman bir dəfə seçilə bilərdi. Sonradan isə qanunvercilikdə dəyişiklik oldu və "bir dəfə" sözü götürüldü. İndi isə qanuna görə, iki dəfədən artıq ola bilməz. Eyni şəxsin iki dəfədən artıq ombudsman olması ancaq qanunda dəyişiklik edilərsə mümkündür".

Bəs ombudsmanın səlahiyyətləri nələrdir? Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə qanuna edilən dəyişiklikdən sonra Ombudsman Aparatının səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər. Qanuna görə, müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

"Ombudsman haqqında" Konstitusiya Qanununun 19-cu maddəsinə əsasən, müvəkkilin, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir. Həmçinin müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. Məlumat üçün bildirək ki, Ombudsman Aparatının rəhbəri 2025 manat maaş alır.

Bundan əlavə, Ombudsman Aparatına qadağan olunan hallar da var. Belə ki, İnsan hüquqları üzrə müvəkkil ölkə prezidentinin, Milli Məclisin deputatlarının və məhkəmə hakimlərinin fəaliyyətini yoxlaya bilməz. Şəxsin ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi varsa, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edirsə, ödənişli fəaliyyəti varsa, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilibsə, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunubsa, yaşı 30-dan aşağıdırsa, o, ombudsman ola bilməz. Ombudsman siyasi fəaliyyətlə məşğul ola və siyasi partiya üzvü ola, hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Əgər sadalanan namizəd kimi təqdim edilən şəxs bu vəzifələrdən hər hansı birini tutursa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1353   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789