Restoran və dönərxanalarda əhaliyə at-eşşək əti yedizdirilir - ŞOK İDDİA

Restoran və dönərxanalarda əhaliyə at-eşşək əti yedizdirilir - ŞOK İDDİAAzərbaycanda dana və quzu ətinin bahalaşmasının at və eşşək ətinin satış arealının genişlənməsinə rəvac verdiyi bildirilir.

2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından əvvəl 7 manat - 7 manata 50 qəpiyə satılan dana əti hazırda 11 manat 50 qəpik - 12 manata, 8 manat - 8 manat 50 qəpiyə satılan quzu əti isə 12-13 manata təklif edilir.

Son bir ildə Daxili İşlər Nazirliyi və Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının Bakıda və bölgələrdə keçirdikləri reydlər zamanı sağlamlığa yararsız tonlarla at və eşşək əti aşkarlanıb. Qeyri-rəsmi məlumatlara görə, son vaxtlar kafe, restoran, şadlıq sarayları və dönərxanalarda ucuz qiymətə alınmış leş ətlər, at-eşşək ətlərindən istifadə halları artıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a deyib ki, bu sahədə problem hələ də qalmaqdadır:

"Keçən ilin aprel-may aylarında Daxili İşlər Nazirliyi at, eşşək ətinin insanlara yedizdirilməsinin qarşısını alıb. Amma problem hələ də qalmaqdadır. Anormal haldır ki, həmin vaxt müvafiq qurumların rəsmiləri at, eşşək ətinin üzərində adı yazılmaqla əhaliyə satılmasında heç bir qəbahət olmadığını açıqladı. Qəribədir ki, bu kimi hallar aşkarladıqda həmin şəxslər cərimə edilib, buraxılır.

Ona görə Azad İstehlakçılar Birliyi daim təklif edir ki, Baytarlıq İdarəsi bu istiqamətdə mübarizəni Daxili İşlər Nazirliyi ilə birgə həyata keçrisin. Bu sahədə ən effektiv işi DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Hazırda belə halların kökü kəsilməyib".
AİB sədri qeyd edib ki, xüsusilə ətin bahalaşmasından sonra restoranlarda, kafelərdə, dönərxanlarda at-eşşək ətinin əhaliyə yedizdirilməsi halları artıb:

"Bu cinayətkarlar bilməlidir ki, at-eşşək əti Azərbaycan üçün ənənəvi qida deyil. Bu bizim düşmənlərimizin əlinə yaxşı imkan verəcək ki, desinlər azərbaycanlılar vəhşi xalqdır, eşşək əti yeyirlər. Bu anomal haldır, qarşısı alınmalıdır".

Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib ki, bu istiqamətdə nəzarət tədbirləri davam edir:

"Bu kimi hallar qeydə alındıqda laborator müayinələr aparılır və kütləvi informasiya vasitələrinə məlumat verilir. Hələ ki, bu istiqamətdə sabitlikdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1059   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0