Azərbaycanda BU DA OLDU! Bağçada aylıq pul ödəməyənin uşağına KOTLET VERİLMİR - FOTOLAR

Azərbaycanda BU DA OLDU! Bağçada aylıq pul ödəməyənin uşağına KOTLET VERİLMİR - FOTOLAR20 manata kotlet satılan bağça da var?

Yeni mövsümün başlanması ilə əlaqədar Sumqayıtda bağçalarla da bağlı portalımızın elektron ünvanınlarına müəyyən müraciətlər daxil olur. Şikayətlər var ki, bağçaların birində uşaqlara kotlet vermək üçün valideynlərdən hər ay 20 AZN pul istənilir. Belə ki, "Günəş" 11 nömrəli körpələr evi uşaq bağçası barədə adlarının çəkilməsini istəməyən valideynlər tərəfindən saytımızın elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə şikayətlər daxil olub.
Xəbərlə.com-a açıqlamasında bağçanın müdiri Esmira Behbudovadan şikayətçi olan valideyn deyib:

"Müdirə bağçaya 5-6 aydır ki, gəlib. Gələndən ancaq pul yığmaqla məşğuldur. Əvvəl bizdən bağçanı təmir eləmək adıyla pul yığdı. İndi isə yemək pulu adıyla hər valideyndən 20 AZN pul tələb edir. Valideynlər yığışıb şikayət etdik ki, axı Sumqayıt şəhər İcra Hakimiyyəti sizi yeməklə təmin edir. Dedi ki, hansı valideyn 20 AZN verməsə, onun övladına kotlet verməyəcəm. Dedik ki, axı uşaqdırlar, gözləri görür, baxıb şişə bilərlər. Qayıtdı ki, lap cəhənnəmə! Sonra bir valideyn söylədi ki, 20 AZN çoxdur, ona qarşılıq olaraq dedi ki, yarısı cibimə gedəcək. Övladlarımız ac qalmasın deyə məcburən pulu veririk, ancaq bu, qanunsuzdur. Özünə də demişik ki, şikayət edəcəyik. Deyir, kimə şikayət etmək istəyirsinizsə,edin".

Valideynlərin dediyinə görə, müdir avtomobilini düz bağçanın həyətinə sürür. Halbuki qərar çıxmışdı ki, maşını bağça və məktəblərin həyətlərinə müəyyən məsafədə saxlamaq lazımdır. Bundan başqa qrupda əslində 20-22 uşaq olmalıdır, ancaq o bağçada qrupa 38 nəfər yığılıb. Uşaqlar yatmağa, oturmağa yer tapmırlar. Bağça ilə maraqlanmır. Ondan çox valideyn şikayətçidir. Siz deyin, axı uşaqlara "cəhənnəmə ağlasın" demək hansı pedaqogikaya sığır?!
7-8 valideyn yığışıb Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə gedəcəyik.

Adının çəkilməsini istəməyən digər valideyn isə bunları qeyd edir:

"O müdirə hər ay valideynlərdən 25 AZN pul tələb edilir. 20 AZN yemək pulu, 5 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı. Valideyni pul verməyən uşaqlar adi sup və kaşa ilə qidalanırlar. Belə biabırçılıq olmaz, uşaqlara necə fərq qoymaq olar?! Həm də direktor özü gəlib qruplara nəzarət edir ki, pul verənlər yaxşı menyuya uyğun, pul verməyənlər adi yeməkləri yesinlər". Aylıq ödəniş qarşılığında uşaqlara təklif olunan sözügedən menyunu də əldə eləmişik.

Azərbaycanda BU DA OLDU! Bağçada aylıq pul ödəməyənin uşağına KOTLET VERİLMİR - FOTOLARQeyd edək ki, 11 saylı bağça ilə bağlı şikayətlər bununla da bitmir. Sözügedən bağçanın uşaqların götürülməsi üçün valideynlərdən pul istənilməsi haqqında da şikayətlər olunur. Həmin şikayətlərə inansaq, övladının o bağçaya getməsini arzulayan valideyn azı 400-700 manat pulundan keçməlidir. Sumqayıt şəhər 5-ci mikrorayon ev 15/132-də yaşayan Əlimərdanov İsrafil Hətəm oğlu 11 saylı bağçanın rəhbərindən çox gileylənir. O hətta bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da məktub ünvanlayıb. Məktubun qısa mətnini diqqətinizə çatdırırıq:

Himayəmdə iki azyaşlı övladım var. Hər bir Azərbaycan vətəndaşı kimi övladımı ərazimizdə olan bağçaya qoymaq istəyirik. Ərazimizə yaxın olan bağçalar 5-ci mikrorayonda yerləşən 44 saylı və 1-ci mikrorayonda yerləşən 11 saylı bağçalardır. Amma heç birində yer yoxdur. Daha doğrusu yaxınlaşanda bizə belə deyirlər ki, yer yoxdur. Əslində məlumatımız var ki, "başqa yollar"la başqa ərazi və mikrayonlarda yaşayanlar gəlib uşaqlarını ora qoyurlar. Amma mən həmin ərazidə yaşaya-yaşaya övladımı bağçaya düzəldə bilmirəm. Onuda qeyd etmək istəyirəm ki, bu problemimiz demək olar ki 2 ildir davam edir. Mən övladımı baxçaya düzəldə bilmirəm. Deyirlər, get gələn il gələrsən. Gedirik, deyirlər yerimiz yoxdur. Bir sözlə, bizi dolayırlar.

Valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün 11 saylı bağçanın müdiri Esmira Behbudova ilə əlaqə saxladıq. O, qısa şəkildə iddiaları təkzib edərək, dəstəyi üzümüzə asdı: "Yalnış məlumatdır. Bütün suallarınızı mənə yox, İcra Hakimiyyətinə yönləndirməlisiniz". Xatırladaq ki, bir müddət öncə də digər əməkdaşımız Esmira xanıma zəng edəndə yenə kobudluq edərək telefonu söndürmüşdü.

Sözügedən məsələ ilə bağlı metodist Günel Qiyasova ilə əlaqə saxladıq. G.Qiyasova söylədi ki, suallarımızı icra başçısının müavini və məktəbəqədər təhsil müəssisələrinin kuratoru olan Sahib Quliyevə ünvanlayaq. Sahib Quliyevə gün ərzində dəfələrlə zəng etsək də, telefonumuzu götürən olmadı.

Azərbaycanda BU DA OLDU! Bağçada aylıq pul ödəməyənin uşağına KOTLET VERİLMİR - FOTOLARmənbə: xeberle.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6460   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27.03.2024 319
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27.03.2024 224
.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

İsrail əsgəri alış-veriş edən balaca oğlanı döydü - VİDEO

İsrail əsgəri işğal altında olan Qərbi Sahildəki ərzaq mağazasına hücum edib. BİG.AZ xəbər verir ki, o ailəsi ilə alış-veriş edən balaca oğlanı döyüb. Sosial şəbəkələrdə yayımlanan görüntülər müzakirələrə səbəb olub

27.03.2024 302
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

Orucluqda yeməklərdə nələrə diqqət edək?

Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır. Müsəlmanlar orucu təkcə ruha deyil, həm də cismə mütləq faydası olacağı kimi qəbul edirlər. Metabolizmanı orucluğa hazırlamaq məqsədi ilə qidalanma alışqanlıqları və yuxu prosesinə dəyişiklik etmək lazımdır. Ramazan ayı ən çox mədə və həzm sistemin

27.03.2024 239