Anasını zorlamaq istəyən kişinin cinsiyyət orqanını... - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT

Anasını zorlamaq istəyən kişinin cinsiyyət orqanını... - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏTAdam öldürməyə cəhddə təqsirləndirilən Vidadi Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Şəmsəddin Quliyev müdafiə çıxışı edib.

Müdafiəçi çıxışında bildirib ki, Vidadi Məmmədovun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb:

"Vidadinin niyyəti zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirmək olub. Zərərçəkmiş Bəhruz Paşayev təqsirləndirilən şəxsin anasına təcavüz etməyə cəhd edib. Bunu görən Vidadi də bu hərəkəti edib. Həmin vaxt Vidadi affekt vəziyyətində olub, həyəcanlanıb və özünü itirib. Onu öldürmək yox, cinsiyyət orqanını kəsib, cəzalandırmaq istəyib. Ona görə Vidadiyə sanksiyadan daha aşağı həddə cəza verilməsini xahiş edirik".

Məhkəmədə replika hüququndan istifadə edən prokuror bildirib ki, zərərçəkmiş Bəhruz Paşayev barəsində də cinayət işi açılıb.

B.Paşayev barəsində Quba Rayon Prokurorluğunda 29.149-cu (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə cinayət işi açılıb.

İş Quba Rayon Məhkəməsinə göndərilib.

Daha sonra təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərək vəkili ilə razı olduğunu deyib.

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Vidadi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Vidadi Məmmədova 14 il 6 ay cəza istəmişdi.

Qeyd edək ki, hadisə bu il Qubanın Mirzəqışlaq kəndində baş verib.

33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.

Bəhruz Paşayev həmin vaxt sərxoş olub. Onun S.Məmmədovaya təcavüz etmək istədiyi bildirilir.

Bu zaman münaqişə yaranıb və Bəhruzun üzərinə qaynar su tökülüb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Cərrahiyyə şöbəsində müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.

Vidadi Məmmədova Cinayət Məcəlləsinin 29.120-ci (öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9938   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 176
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 128
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174