Azərbaycanlı müğənninin atası arvadını ÖLDÜRDÜ: "Ərinə "sən kişi deyilsən" demişdi..." - FOTO

Azərbaycanlı müğənninin atası arvadını ÖLDÜRDÜ: "Ərinə "sən kişi deyilsən" demişdi..." - FOTOAbşeron rayonunda arvadını və baldızını qətlə yetirməkdə ittiham olunan "N brothers" musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihana münasibət bildirən Qurban Hüseynov özünü təqsirli bilib. O deyib ki, qətli törədən zaman özündə olmayıb: "Hadisə günü işdən çıxandan sonra evə gəldim. Evdə arvadımdan yemək istədim. Amma arvadım mənə yemək vermək əvəzinə yatmışdı. Buna görə də mübahisəmiz yarandı. Arvadım məni söydü, təhqir elədi. Dedi ki, sən kişi deyilsən, dur burdan çıx. Mən də evdən bayıra çıxdım".

Qurban Hüseynov daha sonra baş verənləri xatırlamadığını deyib: "Törətdiyim əməldən peşmanam. Ailəmi məhv etmişəm. Baldızımın qızını öz uşaqlarımdan da çox istəyirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ilə mübahisələri tez-tez yaranıb:

"Səbəb də onu göstərirdi ki, cavanlıqda ona çox zülm etmişəm. Münasibətimiz əvvəllərdən çox yaxşı olub. Həm də biz evlilikdən əvvəl qohum olmuşuq. Kənardan baxanlar bizə qibtə edirdi. İndi çox peşmanam. Hadisə vaxtı sanki özüm deyildim. İstəməzdim ki, belə hadisə olsun".

Təqsirləndirən şəxsin sözlərinə görə, işində ayda 1300 manat əmək haqqı alıb:

"Maaşımdan maşınımın krediti ödəyirdim, qalanını da evə verirdim. Özüm də idarədən əlavə Bakı-Sumqayıt avtobusu sürürdüm. O vaxtdan əsəblərim pozulmuşdu. Hər il müalicə alırdım".

Daha sonra qətl yetirilən şəxsin bacısı hüquqi varis qismində dindirilib. O bildirib ki, bacısı 30 il çörək zavodunda işləyib: "Bacımın əri ilə münasibətləri çox yaxşı idi. Qurban pis oğlan deyildi. Uşaqlarını evləndirmişdi. Son 6 ayda münasibətləri korlanmışdı. Bu barədə Qurbandan soruşdum. Dedi ki, bacın sözümə qulaq asmır. Bacımın yanına getdim, o da dedi ki, Qurban heç nədən özündən çıxırdı".

Hüquqi varis qeyd edib ki, bacısının ölümdən çox o, yetim qızı öldürülməsinə pis olub:

"O qız yetim idi. Birinci mən onu qəyyumluğa götürmüşdüm. Sonra bu bacım götürdü. O qız o evdə nökər kimi işləyirdi. Rəhilə səhər-səhər buz kimi suyla Qurbanın da maşını yuyurdu. Bir sözlə, nökərlik, hambalıq edirdi. Yazıq Rəhilə mart ayında nişanlamışdı. Qanunla cəza istəyirik. Bacımın ömrü getdi, Rəhilə ömürlük getdi, ən ağır cəzanı istəyirəm".

Daha sonra "N brothers" musiqi qrupunun üzvü İsmayıl Hüseynov ifadə verib. O, qeyd edib ki, hadisə olandan yarım saat sonra evə gəlib:

"Təsadüfən evə gəldim. Gördüm ki, anam və xalam qızı qanlar içində yerdədir. Heç nə soruşmadım. İndi nə şikayətim var, nə də tələbim. Valideynimdir. Gərək belə olmazdı".

Prokurorun suallarına cavab verən müğənni bildirib ki, ailədə münasibətləri normal idi:

"Sadəcə son vaxtlar əsasən mən evlənəndən sonra münasibətləri pisləşdi. Durduq yerə dalaşırdılar. Aradan pərdə götürülmüşdü. Hadisə yemək üstündə olmuyub. Atama yeməyi anam yox, Rəhilə verirdi. Məhz son illər bunlar heç yola getmirdi. Atamın əsəbləri yerində deyildi. Bir də gördün ki, işdən əsəbi gəlib, yersiz yerə anamla dalaşırdı. Məncə, anamı öldürəndən sonra Rəhiləni affekt halında öldürüb. İnanmazdım ki, atam belə qətl törədər".

İttihama görə, qətl hadisəsi Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Fəraiz Hüseynovanı küt alətlə öldürüb.

O, evdə olan baldızı, 18 yaşlı Rəhilə Əsgər qızı Amur-Təbrizini də qətlə yetirib. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olubmuş.
Qurban Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qurban Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələrilə ittiham edilir.

mənbə: publika.az

Azərbaycanlı müğənninin atası arvadını ÖLDÜRDÜ: "Ərinə "sən kişi deyilsən" demişdi..." - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4239   Tarix: 11 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

14:39 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0