Uşağa "ana" deməyi necə öyrədək? - LOQOPED YAZIR

Uşağa "ana" deməyi necə öyrədək? - LOQOPED YAZIRBiG.AZ ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın növbəti məqaləsini təqdim edir. Bu dəfəki məqalə adlandırma oyunları haqdadır.

Bu oyunlar daha çox autizm sindromlu, sosial ünsiyyət pozuntusu, nitq ləngiməsi, daun sindromlu uşaqlar üçün istifadə oluna bilər.

Valideynlər daha çox bu sualları verirlər - Evdə uşağıma mənə müraciət etməsini necə öyrədə bilərəm? Başqa şəxslərin adlarını necə öyrədə bilərəm?

Adlandırma oyunlarından biri də "mama" oyunudur.

Əziz valideynlər, uşaqlarınıza kömək edin sizin adınızı desin və sizə müraciət etsin. Oyun "mama" oyunu adlanır. Bunu belə adlandırıram. Çünki mən, adətən, terapiya sessiyası ərzində anayla və onun uşağıyla işləyirəm. Çünki mamalar (analar) daha çox bir sözü tez eşitmək istəyirlər - uşaqları onlara "mama" desin. Oyunun adını isə ona görə "ana" yox, "mama" adlandırıram ki, "ana" demək üçün ağız artikulyasiyası üç hərəkət yerinə yetirir. Lakin "mama" deyərkən ağız artikulyasiyası iki hərəkət yerinə yetirir. Ona görə də uşaqlara "mama" demək daha asan gəlir. İş təcrübəmdən deyə bilərəm ki, uşaqlar "mama" deyə müraciəti daha tez öyrənirlər. Lakin bəzən bəzi valideynlər uşaqlarının "ana" deməsini istəyir. O zaman valideynlərin istəyinə uyğun olaraq, uşağa "ana" deyə öyrədilir. Amma "mama" sözü xüsusilə də eyni dodaq samitlərinin təkrarlanmasından ibarət olduğuna görə onu demək uşaq üçün çox asan olur.

Əslində bu oyunla biz başqasının adlarını da öyrədə bilərik. Bu oyunda istifadə etdiyimiz bir təlimat "mamanı çağır", yaxud kiminsə adını öyrədiriksə, məsələn, "atanı çağır", "əmini çağır" və s.-dir. Uşaq bir şəxsi öyrənmədikcə ikinci şəxsi öyrətməyə çalışmayın!

Oyun uşaq çarpayısında, yerdə, qapı bağlı otaqda aparılır. Əgər oyunu uşaq çarpayısında aparırsınızsa, bu zaman mama gizlənir. Çarpayının altında və ya aşağıya doğru əyilməlidir ki, uşaq onu görməsin. Uşaq mamasını görmür və onu çağırmağa başlayır. Mama gizlənərək, səsiylə uşağa kömək etməlidir - maaaamaaaa, maaaaamaaaaa, maaaaaaaaaaaa, maaaaaaaaaaaaaaaa, mama. Bunu deyərkən emosional, musiqili, əyləncəli şəkildə deməlidir ki, uşaq qorxmasın. Bunun oyun olduğunu anlasın. Əgər bu şəkildə oyunu oynasanız, uşağınız da sizinlə birlikdə təkrar edəcək, səsinizi axtarmağa başlayacaq. Ona maraqlı gələcək, əylənəcək, güləcək.

Oyunu istər yerdə, istərsə də çarpayıda oynaya bilərsiniz. Uşağınız təbii ki, siz yeni oynamağa başladıqda dərhal sizi təkrarlamayacaq. Lakin siz oyun partnyoru olaraq onu buna təhrik etməlisiniz. Və gizləndiyiniz zaman bunu vaxtla edəcəksiniz. 15 saniyədən başlayaraq, 1, 2, sonra 5 dəqiqə və daha sonra daha da ciddiləşdirərək, uşağınız tam şəkildə sizə "mama" deyənə qədər davam etdirməlisiniz. Yəni bu oyunu o qədər oynayacaqsınız ki, hər gün oynadıqca artıq uşaq başa düşəcək ki, siz ondan "mama" deməsini istəyirsiniz və demədikcə otaqdan çıxmayacaqsınız.

Çalışın bu oyundan sonra otaqdan çıxdıqda, onu çox sevdiyi yemək və ya əşya ilə mükafatlandırın. Deyin ki, sən mama oyununu çox qəşəng oynadın. Sən mama dedin. Sən danışa bilirsən. Mama deyə bilirsən. Və sən bunu qazandın. (Məsələn, qatarı sevirsə, qatarı verin sürsün və s) Əgər birdən-birə uzunmüddətli gizlənsəniz, uşağınız oyunu başa düşməyəcək. Çünki hələ uşaqdır, həm də problemlidir. Nə etdiyinizi anlamayacaq və oyunun təsiri olmayacaq. Uşağınız sizə "mama" deməyəndə belə, onu demiş kimi mükafatlandırın. Daim ünsiyyətə təhrik edin.

Bu zaman siz uşağınızı necə mükafatlandırmalısınız?

Sən çağırdın, mama dedin deyərək, gizləndiyiniz yerdən tez çıxın, onu qıdıqlayın, qucaqlayın, öpün. Mama burdadı deyərək, mama sözünü musiqiylə oxuyun, hətta birlikdə hoppanın.
Lakin onu da qeyd edim ki, uşağı bezdirmək olmaz. Hər gün müxtəlif zamanlarda vaxt ayırın və o vaxt müddətində bu oyunu təşkil edin. Oyun zamanı uşağınızın diqqətini toplaya bildinizsə, siz qəhrəman bir valideynsiniz və müsbət nəticə sizinlədir. İrəli! Lakin oynadıqca hiss edəcəksiniz ki, çox təkrardan uşaq sıxılır və oynamaq istəmir. Bu zaman onu məcbur etməyin, oyunu bitirin və bunu yüksək səslə deyin - "mama oyunu" qurtardı. Uşaq anlamamalıdır ki, siz ona tabe oldunuz və o yoruldu deyə oyunu bitirdiniz.
Lakin hər zaman diqqət etməlisiniz ki, oyunu təşkil etdiyiniz otaqda qapı bağlı olsun. Çünki uşaq yeni oyuna başladıqda sizə tabe olmaya və otaqdan çıxmaq istəyə bilər. Bu zaman siz daim pozitiv şəkildə onu müşahidə etməli və oyunla, emosiyalarınızla uşağı ünsiyyətə dəvət etməlisiniz.

Onu da qeyd edim ki, oyuna uşağınızın müraciət etməsini istədiyiniz istənilən şəxsi dəvət edə bilərsiniz. Bunu da yaddan çıxartmayın ki, oyunu oynadıqda və ya kimin adını deməsini, kimə müraciət etməsini istəyirsinizsə, həmin şəxs ya otağın kənarında, ya qapının arxasında, ya da çarpayının altında gizlənməlidir ki, uşaq çağırmağı öyrənsin, müraciətin nə demək olduğunu anlasın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1645   Tarix: 10 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292