Azərbaycanlı "qanuni oğru"ların savaşı başladı: Lotu Quli tapşırdı, vorzakonlar GÜLLƏLƏNDİ

Azərbaycanlı "qanuni oğru"ların savaşı başladı: Lotu Quli tapşırdı, vorzakonlar GÜLLƏLƏNDİAzərbaycanlı "qanuni oğru", "Rəşad Gəncinski" ləqəbi ilə tanınan Rəşad İsmayılovun avqustun sonunda Abxaziyada güllələnməsi kriminal aləmdə yeni savaş yaradıb. Məlum olduğu kimi, "Gəncinski" Abxaziyanın Qudauti şəhərinə Azərbaycanın ən titullu "qanuni oğru"su Nadir Səfilovun ("Lotu Quli") tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə "Quli"yə yaxın olan "Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Nikolay Dqebuadzeyə dəstək vermək olub.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Qudautiyə gedən "Rəşad Gəncinski" şəhərdəki restoranların birində olarkən "Nika" ilə düşmən olan "qanuni oğru", "Pıza" ləqəbli Raul Bartsba silaha əl atıb.

Nəticədə azərbaycanlı "qanuni oğru" və "Nika Qaqrinski" güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, "Gəncinski" ayağından yaralanıbmış və müalicəsini yarımçıq qoyaraq, xəstəxanadan qaçıb.

İddia olunur ki, "Rəşad Gəncinski" hazırda sağalıb və internet vasitəsilə kriminal aləmdəki dostları ilə əlaqə saxlayır. Onun Moskvaya qayıtması barədə xəbərləri yaxın ətrafı təsdiq etmir. Çünki Moskva polisi bir müddət əvvəl onun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları "Rəşad Gəncinski" barəsində axtarış elan edib.

"Qanuni oğru"nun güllə ilə "həmkarını" yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. "Rosbalt" yazır ki, "Pıza" öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini "qanuni oğru" kimi deyil, xuliqan kimi aparıblar. "Pıza" əlavə edib ki, "Nika Qaqrinski"nin "oğru" statusu sual altındadır, "Rəşad Gəncinskini" isə sifətdən tanımayıb.

Bu səbəbdən də silaha əl atıb. Rusiya mediası iddia edir ki, bu izahat "Gəncinskini" Abxaziyaya göndərən "Lotu Quli"ni təmin etməyib və o, "Pıza"nı cəzalandırmağa qərar verib. "Rosbalt" bunu "Pıza"nın sonu kimi qiymətləndirir. Bildirilir ki, abxaz "qanuni oğru"nu aradan götürmək o qədər də asan olmayacaq, çünki o, Abxaziyadan kənara çıxmır.

Daha bir xəbər odur ki, "Pıza" artıq yunan mafiyasından etdiyi əmələ görə dəstək alıb. Bu yaxınlarda "Quli"yə qarşı qruplaşma yaradan azərbaycanlı "qanuni oğru"ların da "Pıza" ya dəstək verəcəkləri deyilir. Söhbət Rafiq Eyvazov ("Rafiq Masallılı"), Cavid Məmmədov ("Dato Ağcabədili"), Emin Əhmədov ("Emin Hacıqabullu") və Ceyhun Əsgərovdan ("Ceyhun Gəncəlidən") gedir. Bu isə kriminal aləmdə yeni savaşın anonsu deməkdir.

Yada salaq ki, "Rəşad Gəncinski"nin "Quli"nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə ay əvvəl yayılmışdı. Məlumatlarda deyilirdi ki, "Quli" "Rövşən Lənkəranski"nin qətlindən sonra güclənərək, bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, "Rəşad Gəncinski" qanqsterlər arasındakı söhbətlərdən birində "Lənkəranski"ni onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyibmiş. "Rəşad Gənsinski" bildirib ki, "Lənkəranski"nin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir. Amma daha maraqlısı odur ki, Rusiya hüquq-mühafizə orqanları "Rəşad Gəncinski"ni Canbulat Şamiloğlunun qətlinin sifarişçisi kimi axtarışa verdi.

Rusiya mətbuatı yazırdı ki, azərbaycanlı "qanuni oğru" qətl göstərişini hazırda həbsdə olan "Şakro Molodoy" kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Araşdırma nəticəsində killerin telefonundan "Rəşad Gəncinski" ilə zəngləşməsi və yazışdığı məlum olub. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, amma "Rəşad Gəncinski"nin bu məsələyə görə axtarışa verildiyi dəqiq bilinmir.

Məlumat üçün deyək ki, "Rəşad Gəncinski" 1978-ci ilin 16 martında Gəncədə anadan olub. "Qanuni oğru" adını isə 2013-cü ildə alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3362   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 135
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 117
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 338
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 252
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295