Avropada terror etməyə hazırlaşan Lahur Talabi - TƏHLÜKƏ

Avropada terror etməyə hazırlaşan Lahur Talabi - TƏHLÜKƏİŞİD lideri Əbubəkr Əl-Bağdadi Böyük Britaniya və digər Avropa ölkələrində yeni terror dalğası planlaşdırır.
BiG.AZ enter.news-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin "The Telegraph" qəzeti yazır.

Qəzetin məlumatına görə, İraq və Suriyada ardıcıl məğlubiyyətə uğrayan qruplaşma Avropada silsilə terror aktları törətməklə döyüşüçlərinin mənəvi ruhunu yüksəltməyə çalışır.

"Ağır itki verən terrorçular Qərbdə silsilə terrorlar hazırlayır. İŞİD İraq və Suriyada çox ərazi itirsə də, bu hələ onların sonu deyil"-deyə Suriyadakı kürd qruplaşmalarının liderlərindən Lahur Talabi açıqlama verib.

Bununla yanaşı, İraq və Suriyada yeni nəsil terror qruplaşmalarının yarandığı da bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1196   Tarix: 07 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş