İzzətin toydakıları döyüb "beşbarmaq"la yaralayan prodüseri AZADLIĞA BURAXILDI

İzzətin toydakıları döyüb "beşbarmaq"la yaralayan prodüseri AZADLIĞA BURAXILDIAvqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən "Neolit" şadlıq evində müğənni İzzət Bağırovun işçilərinin döydüyü şəxsdən xəbər var. Həmin gün İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza "beşbarmaq"la zərbələr endirib.

Novuz Aslanlının ailəsindən femida.az -a verilən məlumata görə, mətbuatda yayılan məlumatların bir qismi həqiqəti əks etdirmir.

Hadisə baş verən günü Novruz Aslanının övladının yox, yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. Bu zaman İzzət Bağırov "Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz" deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Elməddin Nəbiyev İzzət Bağırova "Niyə mənə tərbiyəsiz dediniz?" sualına görə müğənni ilə aralarında gərginlik yaranıb.

Gərginliyin artdığını görən ailə üzvləri davaya müdaxilə ediblər. Həmin anda Novruz Aslanov "beş barmaq"la İ.Bağırovun prodüseri Elçin tərəfindən vurulub. Məclis iştirakçıları ilə İzzət Bağırov arasında yaranan gərginlik daha sonra kütləvi davaya çevrilib. Restoranın mühafizəçiləri də davaya qoşulub.

Ailə üzvlərinin sözlərinə görə, hazırda 3 saylı şəhər xəstəxanasında reanimasiya şöbəsində müalicə alan Novruz Aslanlının vəziyyəti ağır olaraq qalır.

Bəs, İzzət Bağırov hadisədən sonra sizinlə əlaqə saxlayıbmı? sualını cavablandıran ailə üzvləri bildirib ki, müğənninin xanımı dəfələrlə onlarla telefon əlaqəsi yaradıb.

"Hadisədən sonra İzzət Bağırovun həyat yoldaşı bir dəfə bizimlə telefonda danışıb. Telefonda dedi ki, İzzət hadisə ilə bağlı üzr istəməyə hazırdır. Hətta bir neçə müğənniləri, Firuzə İbadovanı, Cavanşir Məmmədovu, Zöhrə Abdullayevanı və başqalarını üzrxahlıq üçün yanımıza göndərdilər. Həmin gün İzzət Bağırovun həyat yoldaşı da gəlmişdi. İzzət Bağırov bu günə kimi xəstəxanaya gəlməkdən qorxurdu. Qohumlarımızın ondan qisas alacağını düşünürdü. Bizsə, bunun tam əksini onlara çatdırdıq. Bu gün İzzət özü də xəstəxanaya gəlmişdi. Hadisəyə görə ailəmizdən üzr istədi. Onlar bizə müəyyən məbləğdə pul təklif etsələr də, qəbul etmədik. Bütün xəstəxana xərclərini, vəkil pulunu özümüz ödəmişik."

Ailə üzvlərinin iddialarına görə, Novruz Aslanının başına zərbələr endirən Elçin polis tərəfindən sərbəst buraxılıb.

"Novruzun başına küt alətlə zərbələr endirən Elçini xəstəxananın həyətində gördük. Onun azadlığa necə buraxıldığını başa düşə bilmirik", deyə ailə üzvləri bildiriblər.

Xatırladaq ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir. DİN bu barədə rəsmi məlumat yaymayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1759   Tarix: 07 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109