İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)

İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)Avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən "Neolit" şadlıq evində müğənni İzzət Bağırovun işçilərinin döydüyü şəxsdən xəbər var. Həmin gün İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza "beşbarmaq"la zərbələr endirib. Novuz Aslanlının ailəsindən femida.az -a verilən məlumata görə, mətbuatda yayılan məlumatların bir qismi həqiqəti əks etdirmir.

Hadisə baş verən günü Novruz Aslanının övladının yox, yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. Bu zaman İzzət Bağırov "Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz" deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Elməddin Nəbiyev İzzət Bağırova "Niyə mənə tərbiyəsiz dediniz?" sualına görə müğənni ilə aralarında gərginlik yaranıb.

Gərginliyin artdığını görən ailə üzvləri davaya müdaxilə ediblər. Həmin anda Novruz Aslanov "beş barmaq"la İ.Bağırovun prodüseri Elçin tərəfindən vurulub. Məclis iştirakçıları ilə İzzət Bağırov arasında yaranan gərginlik daha sonra kütləvi davaya çevrilib. Restoranın mühafizəçiləri də davaya qoşulub.

Ailə üzvlərinin sözlərinə görə, hazırda 3 saylı şəhər xəstəxanasında reanimasiya şöbəsində müalicə alan Novruz Aslanlının vəziyyəti ağır olaraq qalır.

Bəs, İzzət Bağırov hadisədən sonra sizinlə əlaqə saxlayıbmı? sualını cavablandıran ailə üzvləri bildirib ki, müğənninin xanımı dəfələrlə onlarla telefon əlaqəsi yaradıb.

" Hadisədən sonra İzzət Bağırovun həyat yoldaşı bir dəfə bizimlə telefonda danışıb. Telefonda dedi ki, İzzət hadisə ilə bağlı üzr istəməyə hazırdır. Hətta bir neçə müğənniləri, Firuzə İbadovanı, Cavanşir Məmmədovu, Zöhrə Abdullayevanı və başqalarını üzrxahlıq üçün yanımıza göndərdilər. Həmin gün İzzət bağırovun həyat yoldaşı da gəlmişdi. İzzət Bağırov bu günə kimi xəstəxanaya gəlməkdən qorxurdu. Qohumlarımızın ondan qisas alacağını düşünürdü. Bizsə, bunun tam əksini onlara çatdırdıq. Bu gün İzzət özü də xəstəxanaya gəlmişdi. Hadisəyə görə ailəmizdən üzr istədi. Onlar bizə müəyyən məbləğdə pul təklif etsələr də, qəbul etmədik. Bütün xəstəxana xərclərini, vəkil pulunu özümüz ödəmişik."

Ailə üzvlərinin iddialarına görə, Novruz Aslanının başına zərbələr endirən Elçin polis tərəfindən sərbəst buraxılıb.

"Novruzun başına küt alətlə zərbələr endirən Elçini xəstəxananın həyətində gördük. Onun azadlığa necə buraxıldığını başa düşə bilmirik", deyə ailə üzvləri bildiriblər.

Xatırladaq ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir. DİN bu barədə rəsmi məlumat yaymayıb.

İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)İzzətin xanımı toyda döyülənlərdən ÜZR İSTƏDİ: ÖZÜ DƏ PUL TƏKLİF ELƏYİBMİŞ... (+18 FOTOLAR)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9135   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997