Ata qatili ağlaya-ağlaya son söz dedi: "İt kimi peşmanam..."

Ata qatili ağlaya-ağlaya son söz dedi: "İt kimi peşmanam..."Atasını xüsusi amansızlıqla qətlə yetirməkdə və anasını bıçaqlamaqda təqsirli bilinən 30 yaşlı Emil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkənəsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında Emil Sadıqovun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Ülkər Bayramova çıxış edərək, onun əməlindən peşman olduğunu nəzərə alaraq, yüngül cəza verilməsini istəyib.

Emil Sadıqov son sözündə atasını öldürmək istəmədiyini deyib: "Kim istəyər, atasını öldürsün. O, bizə ata olmayıb, həmişə bizə əziyyət verib. İndi də gecələr yuxularıma girir, halallıq istəyir. İt kimi peşmanam".

Təqsirləndirilən şəxs son sözündə göz yaşlarını saxlaya bilməyib.

Hakimlər kollegiyasının hökmünə əsasən, Emil Sadıqov 18 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmədə sərbəst ifadə verən E. Sadıqov əvvəllər də məhkumluq həyatı yaşadığını deyib: "Atamın da çox günahı olub. Nə uşaqlığımı bilmişəm, nə də gəncliyimi. Atam bizi daima incidib, heç nədən evdə dava-dalaş salıb. Dəfələrlə ona yalvarırdıq ki, bizi incitməsin. Çox əziyyət çəkmişik. 13 yaşına kimi döyülə-döyülə, söyülə-söyülə böyümüşəm. Mənim taylarım məktəbə gedib, günlərini keçirib, amma mən məktəbə getmək, təhsil almaq əvəzinə fəhləlik etmişəm. Fəhləliklə qazandığım pullarla anamı, qardaşımı, bacımı dolandırmışam. Atam məni tez-tez evdən qovurdu. Həmin ərəfədə özümə avtomobil almışdım, taksi kimi istifadə edirdim. Məcbur qalaraq həmin avtomobildə yatırdım. Küçələrdə qalmışdım".

Təqsirləndirilən şəxs bildirib ki, 28 yaşına kimi oğurluq etməyib: "Heç elə bir fikrim də olmayıb. Məcbur qalmışam. Oğurluq edən günü gecəni səhərə kimi yatmadım. Peşman olmuşdum. Səhərə qədər yata bilmədim. Səhər açılan kimi oğurluq etdiyimiz yerin sahibinə yaxınlaşdım. Amma ev sahibi məndən polisə şikayət etdi. Buna görə də həbs olundum. Həbsxana həyatım da çox ağır keçib. İçəri düşəndən sonra atam evdəkiləri daha çox incitməyə başladı. Anam da, qardaşım da, bacım da mənimlə danışanda ağlayırdılar, atamın onlara qarşı etdiyi hərəkətlərdən danışırdılar".

E.Sadıqov qeyd edib ki, həbsdən çıxandan sonra atasına bu cür hərəkətlərə son qoymasını deyib: "Lakin o, yenə dəyişmədi. Sonradan evdəkilərin hamısı atamı tərk elədi. Çıxıb getdilər. Atama baxmağa başladım. Dolana bilmirdi. Həmin ərəfədə mənim işim yaxşı gətirmişdi, əlimdə pulum var idi. Atama avtomobil aldım ki, taksi şoferliyi edib, dolansın. 30 yaşım var idi, evlənmək istəyirdim. Atama dedim, gəl evi sataq, əlimizdəki pulla iki ev alaq. Birində qardaşımla anam, digərində atamla mən yaşayaq. Amma o, bununla razılaşmadı. Atam anamı öldürdəcəyini, bunun üçün narkoman killer tutacağını, anamı öldürmək üçün narkomana 1000 manat verəcəyini deyirdi. Atamı öldürməyi, o öləndən sonra anamın, qardaşımın, bacımın rahat yaşayacağını düşündüm. 20 il həbsdə yatmaq fikrim olmayıb. Mən də bir insanam. Həmişə atama deyirdim ki, yola gəl, evdəkiləri yola ver".

Emin Sadıqov atasının əxlaqsız insan olduğunu, qonşuluqda qız-gəlinlərə söz atan biri olduğunu söyləyib: "Atam kimə gəldi söz atırdı, arvad kimi qeybət edirdi. Sonuncu dəfə atama yenə də xəbərdarlıq etdim. Amma o, xəbərdarlıqlarıma məhəl qoymadı. Buna görə də ona bıçaqla 5 zərbə vurdum. Atamı öldürəndən sonra dükana getdim. Bir butulka su alaraq içdim. Daha sonra intihar etmək fikrinə düşdüm. Buna görə də santexnik materialları mağazasından ip alıb, Hövsanda dəniz kənarına getdim. Orada özümü asdım. Amma ip sürüşkən idi deyə, alınmadı. İkinci dəfə özümü asmağa cəhd etdim. Bu zaman da ip qırıldı, yerə yıxıldım. Bu zaman 36-cı polis bölməsindən Elməddin adlı polis işçisi mənə zəng edib, təslim olmağımı istədi. Ona dedim ki, şokdayam, özümə gələndə təslim olacam. Bir qədər dəniz qırağında dayandım. Sonra polis bölməsinə gedib təslim oldum".

İstintaqla müəyyən edilib ki, E.Sadıqov keçən il mart ayında atası, 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb. Hadisə zamanı ona mane olmaq istəyən anası, 50 yaşlı Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib.

Əvvəllər cinayət törətdiyinə görə həbs olunan E.Sadıqov hadisədən altı ay əvvəl azadlığa buraxılıb. O, banka olan borclarını ödəmək üçün atasının evini satmaq istəyib. Ailə başçısının etirazı oğul-ata arasında münaqişəyə səbəb olub. Emil atasına çoxsaylı bıçaq zərbələri endirib.

Törətdiyi cinayət əməlinə görə E.Sadıqova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1528   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 152
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 541
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 177
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 341
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 739
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 291
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 360