Azərbaycanda QAN DONDURAN HADİSƏ:Oğul atasını BALTALADI-Görün nə üstə

Azərbaycanda QAN DONDURAN HADİSƏ:Oğul atasını BALTALADI-Görün nə üstəŞamaxıda qətl hadisəsi baş verib.

BiG.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə qeydə alınıb.

Rayon sakini, 1971-ci il təvəllüdlü Cahangirov Qadir Arif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Cahangirov Arif Ağəli oğlunu baltalayaraq öldürüb.

Başından və bədənindən ağır zərbələr alan A.Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkim səylərinə baxmayaraq yaralı dünyasını dəyişib. Hadisəni törədən Q.Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub. O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Q.Cahangirovun hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3280   Tarix: 03 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş