"Qız öz şəkillərini oğluma göndərib" - Şəmkirdə qıza görə oğlanı döyüb, kor etdilər - FOTO

"Qız öz şəkillərini oğluma göndərib" - Şəmkirdə qıza görə oğlanı döyüb, kor etdilər - FOTOŞəmkirin Qaracəmli kəndində sevgilisinə görə başqa şəxs tərəfindən döyülən gənc kor olub.

BiG.AZ bakupost.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş Elnur Həsənovun atası Eldar Həsənov məlumat verib. O bildirib ki, oğlu 2 ay əvvəl dostları ilə söhbət etdiyi vaxt həmkəndlisi, 37 yaşlı Turan İbrahimov qırmızı "VAZ 21 011" markalı avtomobillə ona yaxınlaşıb. T.İbrahimov E.Həsənovu aldadaraq, dostlarının yanından uzaqlaşdırıb və kənddən çıxarıb: "Turan kənddən uzaqlaşdıqdan sonra oğluma deyib ki, sən mənim dostumun sevdiyi qızın şəkillərini yaymısan, buna görə cavab verəcəksən. Elnur da nədən söhbət getdiyini bilmədiyini, heç kimin şəklini yaymadığını deyib. Turan ona deyib ki, düş maşından danışaq. Oğlum maşından çölə çıxan kimi İsa Xəlilzadə adlı gənc beyzbol ağacı ilə onun ayağından vurub. Bundan sonra Turan oğlumu tutub ki, İ.Xəlilzadəyə müqavimət göstərə bilməsin. 20 yaşlı İsa əlindəki ağacla oğlumun göz nahiyəsindən də vurub və hadisə yerindən qaçıb".

Elnur Həsənov onu xəstəxanaya çatdırması üçün T.İbrahimova yalvarıb, lakin yalvarışları nəticəsiz qalıb. T İbrahimov onu evinə gətirərək, ata-anasına daşla vurulduğunu deyib: "Bizi də aldatdı. Sonra bildik həqiqəti. Hadisəylə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik".

Hadisədə təqsirli bilinən İ. Xəlilzadə saxlanılıb. Lakin Elnur Həsənovun ailəsi Turan İbrahimovun da saxlanılmasını tələb edir.

Eldar Həsənov hesab edir ki, T.İbrahimov bu işdə vasitəçi olduğu üçün, o da ittiham edilməlidir: "Turan İbrahimovla bağlı bütün aidiyyəti qurumlara müraciətlər etmişəm. 37 yaşlı Turan oğlumu ora aparmasaydı, bu hadisə də baş verməzdi. Amma Turanı istintaqdan kənar saxlayıblar. Qızın ailəsi də həmin şəxslərin cəzalandırılmasını istəyir".

Zərərçəkənin atası oğlu Elnurla kənddəki Gülnaz Ağayeva (ad şərtidir - red.) arasında sevgi münasibəti olduğunu təsdiq edib: "Oğlumla o qız bir-birini sevir. Qız öz şəkillərini oğluma göndərib. Oğlum isə şəkillər olan "flash" kartı itirib. Tapan oğlan da qızın şəkillərini yayıb. O oğlan da tapılıb və ifadəsi alınıb. Amma istintaq şəkilləri oğlumun yaydığını sübut etməyə çalışır. Hətta Gülnazı da məcbur ediblər ki, şəkillərini Elnurun yaydığını desin. İsa Xəlilzadənin bu hadisəni törətməsinə səbəb isə Gülnazı sevməsidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4275   Tarix: 01 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1390
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 270
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 483
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 217
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 257
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 333