15 il ancaq toyuq əti yeyən qız xəstəxanalıq oldu

15 il ancaq toyuq əti yeyən qız xəstəxanalıq oldu

İş ondadır ki, 17 yaşlı Steysi İrvayn 2 yaşından bəri ancaq naqqet, yəni toyuq ətindən bişirilmiş kotletlər yeyir.
"The Daily Mail" bildirir ki, İrvayn bu həftə xəstəxanadan evə buraxılıb. Birmingem şəhər klinikasına iki həftə əvvəl onu təcili yardım maşını liseydən aparmışdı. Steysi dərsdə huşunu itirmişdi.
Yalnız həkimlərin yüksək peşəkarlığı və təcili yardım maşınında reanimasiya avadanlığının olması Steysini ölümün cəngindən alıb.
Həkimlərin dediklərinə görə, Steysi İrvaynda anemiya, yəni qanda hemoqlobin miqdarının azalması var. Bu isə ən önəmli orqanların oksigenlə təminatını aşağı salıb.
Steysi xəstəxanada bildirib ki, körpəlik illərindən bəri, yəni 15 il o, yalnız naqqet yeyib.
Qızın 39 yaşlı anası təlaşdadır.
"Steysi 2 yaşından bəri naqqet yeyir. Onun kiçik bacısı, 3 yaşlı Ava və 5 yaşlı qardaşı Leo normal qidalanır, amma Steysi naqqetsdən savayı şeç nə yemir. Xəstəxanada professor dedi ki, əgər qızım bundan sonra da yalnız naqqetlə qidalanmağa davam edərsə, ən uzağı 2 il yaşayacaq", - Steysinin anası Evonn İrvayn söyləyib.
Steysi isə ölənədək naqqet yeməyə cavam edəcəyini deyib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 4001 Tarix: 08.04.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər