Bakını 8 bala qədər titrədəcək zəlzələ ola bilər - XƏBƏRDARLIQ

Bakını 8 bala qədər titrədəcək zəlzələ ola bilər - XƏBƏRDARLIQ"Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər".

BiG.AZ xəbər verir ki, bunu modern.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda aktiv zəlzələ ocaqları çoxdur: "Azərbaycanda həmişə olduğu kimi, seysmik təkanlar qeydə alınır. Zəif zəlzələlər kifayət qədər çox olur və həmişə də olacaq. Orta güclü zəlzələlər bir qədər azdır. Ümumiyyətlə, dünya sistemində də güclü zəlzələrin zəiflərə nisbətən az olduğu müşahidə edilir. Bu mənada zəlzələ ilə bağlı proqnoz vermək mümkün deyil və proqnozlarla çıxış edənlərə inanmaq olmaz. Adətən seysmoloq olmayanlar bu cür fikirlər səsləndirirlər.
Düşünürəm ki, heç yaxın 50-100 il ərzində də bu cür proqnozlar reallaşmayacaq. Zəlzələlər adi qaydada davam edir. Yerin daxili qatlarında potensial enerji var və onlar kritik həddə çatanda zəlzələ baş verir. Ola bilər ki, tam sakitliyə rəğmən zəlzələ baş versin. Yəni meyarlar tam müəyyən olunmadığı üçün zəlzələ proqnozu verə bilmərik".

T.Məmmədli qeyd edib ki, Xəzər dənizində müşahidə edilən zəlzələlər bir qədər fərqlidir: "Xəzər dənizdə tez-tez zəlzələlər baş verir. Bunun da səbəbi həmin ərazinin aktivliyidir. Qurudan fərqli olaraq burada baş verən zəlzələlər nisbətən dərində olur. Əgər Azərbaycanın quru ərazilərində zəif zəlzələlər 30-35 km-ə qədər dərinliyə yayılırsa, Xəzər dənizində bu rəqəm 60 km-ə qədər olur. Amma güclü zəlzələlər quru ərazidə 10-15 km , Xəzər dənizində 30-35 km olur.

Azərbaycanda zəif təkanlar həmişə çox olur, güclülər isə nadir hallarda. Bu, seysmikliyin ümumi qanunauyğunludur. Ölkədə aktiv zəlzələ olcaqlarının konkret sayını demək olmasa da, çox olduğunu qeyd etmək lazımdır. Şamaxı, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala, Quba, Sabirabad, Zərdab, Lənkəran, Yardımlı, Masallı və digər bölgələrdə aktiv zəlzələ ocaqları var. Xəzər dənizində də beş-altı potensial zəlzələ ocağı mövcuddur. Bu baxımdan nə vaxtsa güclü zəlzələrin olma ehtimalı var. Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər. Ümumilikdə Azərbaycan ərazisi bu və ya digər titrəyişlərə məruz qalıb və qalacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2368   Tarix: 29 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 379
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 743
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 291
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1269
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 138
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 630
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 0
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 309
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 209