26 yaşlı idmançımız Hacı TARİX YAZDI - Hamı BU QƏLƏBƏDƏN DANIŞIR - FOTO

26 yaşlı idmançımız Hacı TARİX YAZDI - Hamı BU QƏLƏBƏDƏN DANIŞIR - FOTOFransanın paytaxtı Paris şəhərində keçirilən güləş üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız ötən gecə Vətənə qayıdıb.

Hava Limanında təşkil olunan qarşılanma mərasimində KİV nümayəndələrinin suallarını cavablandıran yığma komandanın baş məşqçisi Firdovsi Umudov Hacı Əliyevin qazandığı qələbənin möhtəşəmliyinə diqqət çəkdi və bu qələbənin gələcək nəsillər üçün örnək olduğunu bildirdi:

"7 çəki dərəcəsində mübarizəyə qoşulduq. Medal ümidlərimizdən biri Cəmaləddin Məhəmmədov heyətdə yer almamışdı. 7 çəki dərəcəsində 4 nəfər medal uğrunda mübarizə apardı. Bildiyiniz kimi, komandanın tərkibində 57 və 70 kq çəki dərəcələrində gənclərə də üstünlük vermişdik. Ancaq o güləşçilərdən gözlədiyimiz nəticəni ala bilmədik. Gələcəkdə yəqin ki, onlar haqqında ölçü götürüləcək, komandanın heyətinə bir daha baxılacaq. Ümumilikdə, qazanılan bu qələbələr münasibətilə hər birinizi, xalqımızı təbrik edirəm. Hacı Əliyevin qazandığı bu fenomen qələbə doğrudan da möhtəşəm qələbədir. Hacı özü 26 yaşındadır və bu müddət ərzində üç dəfə dünya çempionu olub. Heç nəyə baxmayaraq biz yüksək hazırlıq prosesi keçmişdik. Orada da hər görüşdən sonra analizlər aparırdıq.

Bu gün Hacı tarix yazdı və gələcək nəsillər üçün böyük bir örnəkdir, böyük bir məktəbdir. Yığma komandanın baş məşqçisi kimi mən komandanın tərkibində Hacı kimi güləşçiləri çox görmək istəyirəm. Ona da inanırıq ki, gələcəkdə belə idmançıları çox görəcəyik. Çünki hər bir Dünya çempionatı, Olimpiya Oyunlarından sonra güləşə axın böyük olur və gələcəkdə Hacılarımız daha çox olacaq. Bu, Hacının 61 kq çəki dərəcəsində sonuncu yarışı idi. Hədəfimiz Tokio Yay Olimpiya Oyunlarıdır. Hacı Əliyev o yarışa 65 kq çəki dərəcəsində hazırlaşacaq."

Rusiyanın qızıl medal qazana bilmədiyi çempionatda Azərbaycanın qızıl medala sahib olmasını ölkəmizdə ən yüksək səviyyədə idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirən baş məşqçi bu nəticənin il ərzində keçilən yaxşı hazırlıq prosesinin sayəsində olduğunu qeyd etdi:

"Rusiya kimi tanınmış güləş məktəbi qızıl medal qazana bilmədi. Ancaq Azərbaycan güləş məktəbi öz sözünü dedi və qızıl medal qazandı. Bu nailiyyətin qazanılması başlıca olaraq dövlətimizin, şəxsən dövlət başçımız cənab İlham Əliyevin idmana və idmançılara qayğısının nəticəsidir. Federasiya rəhbərliyi, başda Federasiya Prezidenti cənab Fazil Məmmədov, I vitse-prezident Namiq Əliyev daim bizim yanımızdadır. Həm Azərbaycan Güləş Federasiyası rəhbərliyi, həm də dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün güləşçilərimiz uğurlu nəticə qazanıb.

Gedəndə də müsahibə verərkən mən demişdim ki, sürprizlər gözlənilir. Bu sürprizlərdən biri də Hacı Əliyevin üçüncü dəfə dünya çempionu olması, komandada öz sözünü deməsi oldu. Xetaq Qazyumovdan sonra Aslanbek Alborovun Dünya çempionatında bürünc medal qazanması artıq komandada irəliləyişin olmasından xəbər verir. Komandada ilk növbədə nizam-intizam olmalıdır. Hazırlıq prosesinə düzgün mövqedən baxılmalıdır.

Komandada qızıl medala ümidimiz vardı. İlin əvvəlindən Kislovodskda, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçdik. Yoxlama turnirlərində iştirak etdik. Dünya Kubokunda qazandığımız nəticə və bütün bunların fonunda Dünya çempionatında uğurlu nəticə qazanacağımıza inanırdıq. Hazırlıq prosesinin yaxşı keçməsinin nəticəsiydi ki, Hacı Əliyev 5 görüşdə rəqiblərinə cəmi 2 xal verdi. Bütün rəqiblərini böyük üstünlüklə məğlub etdi."

Qazanılan qələbənin artıq tarix olduğunu bildirən Firdovsi Umudov eyforiyaya qapılmamağın vacibliyini vurğuladı:

"Hacı Əliyev özü istəyərək 61 kq-da mübarizə apardı. O istəyirdi ki, finalda Xinçeqaşvili ilə görüşsün. Ancaq belə alındı ki, gürcü idmançı yarımfinalda Rusiya təmsilçisinə uduzdu. Finalda isə, Hacı Rusiya təmsilçisini 7:1 hesabı ilə məğlub etdi, sona 30 saniyə qalmış isə rəqibin kürəyini yerə sıxdı və təmiz qələbə qazandı. Artıq bu qələbə keçmişdə qaldı, eyforiyaya qapılmaq olmaz. Qələbəni qazandıq, artıq dünəndə qaldı. Biz ancaq irəliyə baxmalıyıq.

Biz çox qürur hissi keçirdik ki, Fransanın paytaxtı Parisdə bayrağımız yüksəldi, himnimiz səsləndi. Bilirsiniz ki, orada erməni diasporası çoxluq təşkil edir. Onların içərisində bizim himnimizin səslənməsi, bayrağımızın yüksəlməsi bizi qürurlandırdı. Orada yaşayan azərbaycanlılarımız da bizə arenada böyük dəstək göstərdi. Bundan sonrakı hədəfimiz Tokio Yay Olimpiya Oyunlarıdır. Hazırlığımızı davam etdirib orada da yüksək nailiyyətlər qazanmağa çalışacağıq."

Firdovsi Umudov komandanın tərkibinə yenidən baxılacağını, heyətdə gənclərə, yeniyetmələrə daha çox üstünlük veriləcəyini bildirdi:

"Komandanın tərkibinə yenidən baxılacaq, gənclərə, yeniyetmələrə daha çox üstünlük veriləcək. Çünki bu günün yeniyetmələri gələcəyin Olimpiya çempionları, mükafatçılarıdır. Hər zaman qeyd etdiyim kimi, biz hər birimiz dövlətimizin əsgərləriyik, iştirak etdiyimiz hər bir yarışda ölkəmizin idman şərəfini qorumağa borcluyuq. Hər zaman bunun üçün çalışmışıq, bu yolda bundan sonra da var-qüvvəmizi əsirgəməyəcəyik."

26 yaşlı idmançımız Hacı TARİX YAZDI - Hamı BU QƏLƏBƏDƏN DANIŞIR - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1417   Tarix: 28 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533