Dünyanın ən varlı şəhərləri

Dünyanın ən varlı şəhərləri
ABŞ-ın Brukinqs İnstitunun apardığı araşdırma nəticəsində planetin ən varlı şəhərləri müəyyənləşdirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, araşdırma zamanı hər bir şəhərdə yaşayan sakinin il ərzində orta qazancı əsas amil kimi nəzərə alınıb. Bu göstəriciyə görə ilk yerdə ABŞ-ın Kentukki ştatının Hartford şəhəri qərarlaşıb. Dünyanın ən varlı ikinci şəhəri isə Norveçin paytaxtı Oslo seçilib.

Dünyanın ən varlı şəhərləri
Osloda işçilərin illik gəliri 74 min 57 dollar təşkil edir. Qeyd edək ki, Oslo bu göstəriciyə görə, Hartforddan nə az, nə çox düz 1000 dollar geri qalır. Dünyanın ən varlı üçüncü şəhəri isə ABŞ-ın San-Xoşe şəhəridir. Əbu-Dabi isə işçilərin illik 63 min 859 min dollar gəliri ilə siyahının dördüncü pilləsində qərarlaşıb. Siyahının ilk 10 pilləsində həmçinin İsveçrənin Sürix və İsveçin Stokholm şəhərləri də yer alıb.

Dünyanın ən varlı şəhərləri
Bundan başqa, araşdırma nəticəsində dünyanın ən sürətli templə inkişaf edən rayonların Qərbi Avropa və Şimali Amerikada yerləşdiyi müəyyyənləşdirilib. Ən yüksək templə inkişaf edən şəhərlər sırasında Şanxay, Ər-Riyad və Ciddə şəhərləri ilk üç yeri tutublar. Dünyanın ən kasıb şəhərləri isə Qahirə, İskəndəriyyə və Mumbay seçilib.
Dünyanın ən varlı şəhərləri

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 8859 Tarix: 11.04.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər